Həyata keçirilən əməliyyatlar zamanı İrandan ölkəmizə narkotik vasitələri qanunsuz yollarla gətirən daha 5 nəfər tutulub.
Bu barədə DİN-in yaydığı məlumatda deyilir.
Məlumata görə, Yardımlı rayon sakini Xəqani Sultanov, paytaxt sakinləri Emin Əliyev, tanışları Kamil Əliyev və Natiq Aslanov, eləcə də, Vüqar Cəfərovdan ümumilikdə 50 kiloqram, o cümlədən 33 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 12 kiloqram marixuana, 5 kiloqram metamfetamin, narkotiklərin təmassız dövriyyəsində istifadə etdikləri bank kartları və 210 ədəd psixotrop tərkibli həb aşkar edilib.
Saxlanılanlar İranda yaşayan və Azərbaycan əleyhinə fəaliyyət göstərərək ölkəmizdə narkotiklərin əsasən gənclər arasında geniş yayılmasına can atan şərti adları “Kazım”, “Fəridin” və “Babək” olan şəxslər tərəfindən narkokuryerliyə cəlb olunduqlarını etiraf ediblər. Sonuncu əməliyyat zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən kanallardan daha bir neçəsinə zərbə endirilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.
İrandan Azərbaycana 50 kq narkotik gətirən 5 nəfər saxlanıldı
19
may
14:16
Qarabağ
KOMMENTLƏR
Amerikadan Avropaya oradan isə Azərbaycana kokain gətirən dəstə tutuldu
İrandan 112 kq narkotik gətirən 2 nəfər saxlanıldı
Son 20 gündə 250 kq narkotik dövriyyədən çıxarıldı
DİN-dən ƏMƏLİYYAT: 29 nəfər saxlanıldı (VİDEO)
“Qara” bazarda dəyəri 15 milyon manat olan 400 kq narkotik dövriyyədən çıxarılıb
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı