Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanan Yunis Səfərovun məhkəmə dindirilməsi davam etdirilib.
“Yeni Sabah” "Azadlıq" radiosuna istinadən xəbər verir ki, o, prokurorun suallarına cavabında hadisə vaxtı polis əməkdaşına xəsarət yetirmək niyyətində olmadığını deyib: "Burada deyir ki, icra başçısının mühafizəçisi deyiləm, yalandır, ona cangüdənlik edirdi. İcra başçısı işdən çıxan vaxt getdim, icra hakimiyyətinin pilləkənləri ilə çıxanda ətrafdakı polislər soruşdular ki, hara gedirsən? Həmin vaxt Elmar Vəliyev də çıxırdı, bu da yanında. Bu, mənə tərəf gələndə məcbur olub silahı çıxartdım. Düşündüm ki, çəkilər, amma çəkilmədi. Bir dəfə vurdum, yıxılmadı, ikinci dəfə atəş açdım. Düz Elmarın yanına gəldim, aramızda heç bir metr məsafə olmazdı. Silahı çəkdim, açılmadı. Gördüm güllə atmır, silahın dəstəyindən tutub başından vurdum".
Onunla mühakimə olunan digər təqsirləndirilən şəxslər haqda verilən sualları cavablandıran Y. Səfərov deyib ki, icra başçısını vurmaq onun öz planı olub, digərlərinin bu məsələyə aidiyyəti yoxdur. Onun sözlərinə görə, əgər dəstə şəklində fəaliyyət göstərsəydilər, kimsə icra başçısını izləyərdi, onun getdiyi yeri müəyyənləşdirərdi, silah tapıb verərdilər: "Yoxsa, mən niyə gedib bankın mühafizəçisinin silahını götürüb qaçırdım? Yaxud da niyə gizli bir yerdə yox, icra hakimiyyətinin binasında, o qədər adamın içində bu işi görürdüm? Mən necə dəstə başçısıyam ki, qalmağa yerim yox idi..."
Gəncədə baş verənlərdən sonra belə bir məlumat yayılmışdı ki, Y. Səfərovun qadın ailə üzvləri icra başçısının qəbuluna gedib, orada kobudluqla qarşılaşıb. Bu üzdən Y. Səfərov qisas alıb. Amma özü bu haqda deyilənlərin yalan olduğunu, qəsdən belə şayiənin dövriyyəyə buraxıldığını deyir: "İstəyirdilər ki, bu hadisənin şəxsi qisasçılıq zəminində baş verdiyi görüntüsünü yaratsınlar. Halbuki, hamısı yaxşı bilirdi ki, belə deyil. Sanki böyük bir yanğın baş verir, mən də istəmişəm ki, ora heç olmasa, yarım vedrə su atmaqla əlimdən gələni edim..."
Y. Səfərov İranın Qum şəhərində ailəsi ilə birlikdə kirayə qaldığını təsdiqləyib. O bildirib ki, həmin şəhərdə təhsil alıb. O, digər təqsirləndirilən şəxslərlə bağlı və bir sıra başqa suallara cavab verməkdən imtina edib. Y. Səfərovun dindirməsi davam edir.
“Düz Elmarın yanına gəldim, silahı çəkdim, açılmadı...”
07
noyabr
10:06
Qarabağ
KOMMENTLƏR
Sabiq icra başçısı barədə yayılan xəbərlərə REAKSİYA - Elmar Vəliyev ağlını itirib?
Elmar Vəliyevin adamları Hacıkəndin ərazilərini satır? - İTTİHAM
Prezidentin işdən çıxardığı 19 illik icra başçısı - DOSYE
Ağcabədinin sabiq icra başçısı həbs olunacaq -
Elmar Vəliyevə yaxın olan iki sabiq məmur saxlanıldı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı