Narkotik vasitələrin ölkənin əlverişli relyef şəraitindən istifadə olunmaqla transit yollarla Avropa ölkələrinə daşınması istiqamətində qeydə alınan cəhdlərdə son dövrlər intensivlik müşahidə edilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İranda yaşayan narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əsas şəxslər narkotik vasitələri keçilməsi çətin olan dağlıq ərazilər və dəniz vasitəsilə qaçaqmalçılıq yolu ilə Azərbaycana buradan da digər ölkələrə göndərməyə çalışırlar.
Bu istiqamətdə Xəzər dənizinin İran sahillərindən ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən əsas şəxslərdən daha birinin saxlanılması istiqamətində Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən növbəti tədbir həyata keçirilib.
Daxil olmuş əməliyyat məlumatı əsasında Sabunçu rayonunda baş tutan tədbir nəticəsində Masallı rayon sakini Rafiq Ağayev narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün saxlanılıb. Onun avtomobilinə və üzərinə baxış zamanı 93 kiloqram, o cümlədən 74 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuaua, 11 kiloqram tiryək, 8 kiloqram metamfetamin və 30 ədəd narkotik tərkibli həb aşkar edilib.
Qeyd edək ki, Rafiq Ağayevdən aşkar edilən narkotik vasitə kütlələri ölkəyə dəniz yolu ilə gətirildiyi üçün xüsusi plastik çəlləklərdə qablaşdırılıb. Saxlanılan şəxs narkotik vasitələri İran vətəndaşı, şəxsiyyəti istintaqla araşdırılan “Kazım” adı tanışının vasitəsilə Sabunçu rayonunda gizlədilən yerdən maddi gəlir əldə etmək məqsədi ilə götürdüyünü bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Rafiq Ağayev barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir. Ölkə ərazisinə narkotik vasitələr gətirməyə çalışan narkoşəbəkənin digər üzvlərinin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilir.
İrandan 93 kq narkotik gətirən şəxs saxlanıldı - VİDEO
08
iyul
12:02
Qarabağ
KOMMENTLƏR
İrandan qayıqlarla narkotik gətirən mütəşəkkil dəstə üzvləri saxlanıldı
DİN-dən ƏMƏLİYYAT: İrandan 50 kiloqram narkotik gətirən şəxs saxlanıldı
Bir ayda 20 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
Rusiyaya 28 kq narkotik göndərmək istədi
Ölkəyə 24 kiloqram narkotik vasitə keçirən şəxs saxlanıldı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı