İsmayıllı rayonunda qətlə yetirilən qadının kimliyi məlum olub.
Rayonun Təzəkənd kənd sakini Etibar Bədəlov 3 uşaq anası olan həyat yoldaşı, 1988-ci il təvəllüdlü Aytən Bədəlovanı bıçaqlayaraq öldürüb. O, hadisə yerindən qaçıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan isə bildirilib ki, iyulun 17-də İsmayıllı rayonunun Təzəkənd kəndində 1988-ci il təvəllüdlü Aytən Bədəlovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hazırda faktla bağlı araşdırma aparılır.
***
14:43
İsmayıllı rayonunda qətl hadisəsi olub.
Hadisə bu gün saat 14:30 radələrində rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini Etibar Bədəlov ailə münaqişəsi zəmnində aralarında baş verən dava zamanı həyat yoldaşını öldürüb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hadisənin dəqiq səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
İsmayıllıda kişi arvadını öldürdü, hadisə yerindən qaçdı - YENİLƏNİB
17
iyul
15:10
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı