"Polşada ermənilər tərəfindən öldürülən qardaşımızın nəşini bizə vermirlər”.
Sfera.az xəbər verir ki, bunu Polşada ermənilər tərəfindən öldürüldüyü iddia edilən Müşfiq adlı azərbaycanlının qohumu Orxan Rəhimov bildirib. Mərhumun yaxını bu barədə sosial şəbəkədə paylaşım edib:
"Öldürülən mənim qohumumdur. Polşada ermənilər tərəfindən qətlə yetirilib. Polşadaki ekspertiza rəyi intihar etdiyini iddia edib. Amma doğmalarının əsaslı şübhələri var!”.
Bu yazı da qohumlarından birinin bildirdikləridir: "Salam. Mənim qohumum Müşfiq İsmayılovdur. Çox savadlı və vətənpərvər idi. Polşada mitinqlər olandan sonra Müşfiqi ermənilər izləyib, çünki o, tək yaşayırdı. Valideynləri onun gözü qarşısında hələ uşaq ikən avtomobil qəzasında vəfat etmişdi. Özü isə ermənilər tərəfindən öldürülüb, daha sonra nəşi meşəyə aparılaraq, orada asılıb. Günlərlə orada qalıb. Kənd camaatı görüb, yerli polis orqanlarına məlumat veriblər. Hazırda meyit morqdadır, amma nəşini ala bilmirik. Xahiş edirəm ictimailəşdirəsiz ki, səsimizi rəsmi orqanlarımıza çatdıra bilək”.
Polşada erməni vəhşiliyi: Soydaşımızı öldürdükdən sonra meşədə asıblar – QANDONDURAN TƏFƏRRÜAT
13
noyabr
12:14
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı