Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.
"Toyota" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı işıq dirəyinə çırpılıb.
Qəza nəticəsində 1989-cu il təvəllüdlü Emil Abdullayev ölüb, iki nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1