Qubada qaz təchizatından qeyri-qanuni istifadə edən evdə partlayış baş verib.
"Report"un məlumatına görə, hadisə rayonun Əlibəyqışlaq kəndində fərdi yaşayış evində qeydə alınıb.
Kənd sakini, 1974-cü il təvəllüdlü Nazim Nurbala oğlu Nəsirov, həyat yoldaşı 1988-ci il təvəllüdlü Nazbikə Seyfəl qızı Nəsirova və övladları, 2013-cü il təvəllüdlü Məhəmməd Nəsirov ağır yanıq xəsarətləri ilə Quba Regional Diaqnostika və Müalicə yerləşdiriliblər.
Xaçmaz Regional Qaz İstismarı İdarəsi Quba Xidmət Sahəsindən verilən məlumata görə, partlayışa səbəb vətəndaşın yeni tikdiyi evə eyni həyətdə olan evdən rezin boru vasitəsilə qaz şəbəkəsinə qanunsuz qoşulması, təhlükəsizlik qaydalarını pozması və təbii qazdan qeyri-qanuni istifadə etməsi olub. İdarə əməkdaşları dəfələrlə vətəndaşa xəbərdarlıq etdiklərini və təbii qazın verilişini dayandırdıqlarını bildiriblər.
Quba Regional Diaqnostika və Müalicə Mərkəzindən verilən məlumata hər üç xəstə şok vəziyyətindədir.
Faktla bağlı araşdırma aparılır.
Qubada evdə partlayış olub, xəsarət alanlar var
15
noyabr
11:15
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı