Kürdəmirdə ağır yol qəzası olub.
Hadisə Kürdəmir-Zərdab yolunun Qaramahmudlu kəndindən keçən hissəsində baş verib. 53 yaşlı İbrahimov Zülfiqar İsrafil oğlunun idarə etdiyi "Kia Sorento" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sərnişin 76 yaşlı Rəhimova Məlahət Əli qızı aldığı xəsarətlərdən yerindəcə keçinib. Sürücü və onun xanımı 50 yaşlı S. İbrahimova, oğlu 13 yaşlı Ayxan isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb.
Qeyd edək ki, sürücü Z. İbrahimov Xalq artisti Mənsum İbrahimovun qardaşıdır. Qəzada ölən M. Rəhimova isə Z. İbrahimovun qayınanasıdır.

Z. İbrahimovMənsum İbrahimovun qardaşının maşını AŞDI: ölən və yaralananlar varMənsum İbrahimovun qardaşının maşını AŞDI: ölən və yaralananlar varскачать dle 12.1