“Ədalətli olan insanlar problemli olurlar. Həmişə işimdə ədalətli olmağa çalışmışam”.
Bunu Lent.az saytına müsahibəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Ağdam klubunun çalışdırıcısı heyət seçimi zamanı həmişə ədalətli qərar verməyə çalışdığını, ancaq heç də hamının bundan razı qalmadığını etiraf edib: “Hamı məni ədalətli saymır. Futbolda elə bir pis vərdişlər var ki, meydana 11 nəfər çıxır və oyunçular nə qədər çox istəsələr də, arxamca danışırlar ki, məni oynatmadı, filankəsdən güclüyəm, ədalətsizdir. Bizim bilmədən ədalətsiz vaxtlarımız olur. Bəlkə mən bunu ədalətli görürəm, amma daha çox müzakirə olunsa, kənardakıların fikirlərini də nəzərə alsam, ədalətsiz qərar vermiş olaram. Özümdən və işimdən hər vaxt razı olmamışam. Dəfələrlə qalib gəldiyimiz matçlarda, çempion olduğumuz dönəmdə özümdən də, futbolçularımdan da narazı qalmışam”.
“Arxamca danışırlar ki, ədalətsizdir...” - Qurban Qurbanov
28
iyun
11:37
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı