Polşanın Keltse şəhərində boks üzrə keçirilən beynəlxalq turnir davam edir.
Apasport.az saytının məlumatına görə, yarışın üçüncü günündə Azərbaycan millisinin yeddi boksçusu rinqə çıxıb.
Onlardan Malik Həsənov (63,5 kq) döyüşmədən qalib elan edilib. O, yarımfinalda Hamlet Minatsakanyanla (Ermənistan) qarşılaşmalı olsa da, rəqib komandası ilə birgə turnirdən ayrılıb. Həsənov həlledici döyüşdə Roman Samuellə (Rumıniya) mübarizə aparacaq.
Sərxan Əliyev (71 kq) 1/4 final mərhələsi çərçivəsində Soma Mesteri (Macarıstan) sınağa çəkib. Gərgin keçən qarşılaşma dünya çempionatının mükafatçısının xeyrinə başa çatıb. Bu qələbə ilə özü üçün azı bürünc medalı təmin edən Əliyev yarımfinalda polşalı Damyan Durkajla qüvvəsini sınayacaq.
Yarımfinalda Sian Reddi (İrlandiya) ilə döyüşən Nəbi İsgəndərov (67 kq) rəqibinə heç bir şans verməyib. Hakimlərin yekdil qərarı ilə qələbə qazanan Avropa çempionatının mükafatçısı finalda polşalı Pavel Suleçki ilə münasibətinə aydınlıq gətirəcək.
Murad Allahverdiyev (80 kq) də rinqdən qalib ayrılıb. O, yarımfinalda Valeri Razmeritaya (Moldova) gücünü göstərib. Təmsilçimiz finalda digər moldovalı Andrey Çiryasovla qarşılaşacaq.
Alfonso Dominges (86 kq) də Tomaş Nyedzvyeçkini (Polşa) məğlub etməkdə çətinlik çəkməyib. Yarımfinalda inamlı qələbə qazanan dünya çempionumuz finalda polşalı Klemens Şepanyakla üz-üzə gələcək.
86 kq çəki dərəcəsində mübarizə aparan digər boksçumuz Eldar Quliyev isə bürünc medalla kifayətlənib. Domingesin rəqibi olacaq Şepanyak onunla döyüşdən qalib ayrıldığından təmsilçimiz turniri üçüncü pillədə bitirib.
Rauf Rəhimov (92 kq) da Polşada 3-cü yeri tutub. O, yarımfinalda Mateuş Berezniçkiyə (Polşa) məğlub olub. Tayfur Əliyev (60 kq) isə 1/4 final mərhələsi çərçivəsində Krasimir Djurovla (Bolqarıstan) qarşılaşıb və mərhələni rəqib adlayıb.
Hələlik iki boksçumuz bürünc medalı rəsmiləşdirdiyi halda, beş idmançımız finalda döyüşəcək. Yığmamızın daha dörd üzvü isə yarımfinal qarşılaşmasına çıxacaq.
Qeyd edək ki, 16 ölkənin iştirakı ilə keçirilən turnirə noyabrın 13-də yekun vurulacaq.
Beynəlxalq turnirdə finala yüksələn Azərbaycan boksçularının sayı beşə çatıb
12
noyabr
13:35
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı