Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) paracüdo üzrə milli komandasının üzvü Namiq Abaslı Qran-pri turnirində finala yüksəlib.
AMPK xəbər verir ki, Misirin İsgəndəriyyə şəhərində keçirilən turnirdə 73 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz yarımfinalda yaponiyalı rəqibi Y.Setonu məğlub edərək finala vəsiqə qazanıb.
Martın 16-dək davam edəcək turnir “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.
Qeyd edək ki, yarışdan əvvəl Beynəlxalq Paralimpiya Komitəsinin qaydalarına uyğun olaraq idmançılar üçün göz tibbi təsnifat keçirilib. Tibbi təsnifatdan uğurla keçmiş idmançılar yarışda iştirak hüququ əldə ediblər.
Paracüdoçumuz finala YÜKSƏLDİ
13
mart
18:10
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı