Xarici media məlumatına görə, Günəş 26 yaşlı ingilisi əsas komanda ilə məşqlərdən uzaqlaşdıraraq, icarə müddəti bitənə qədər meydana qayıtmayacağını bildirib.

"Beşiktaş" Allini ötən yay icarəyə götürüb. Həmin vaxtdan yarımmüdafiəçi Türkiyə çempionatında 13 oyun keçirib, 2 qol vurub. Dele Alli "Everton"a məxsusdur.