Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirib.
Elşad Quliyevin baş məşqçisi olduğu yığma yer aldığı G qrupunda son matçına çıxıb.
Millimiz sonradan mundiala cəlb edilən Küveytlə üz-üzə gəlib. İlk iki görüşdə İraq (2:0) və Misir (4:1) üzərində qələbə qazanaraq 1/8 finala vəsiqəni rəsmiləşdirən son Avropa çempionu budəfəki rəqibini 3:1 hesabı ilə məğlub edərək, növbəti raunda qrup birincisi kimi adlayıb. Komandamızın heyətində 15-ci dəqiqədə Cəfər Cəfərov, 38-ci dəqiqədə Mirmehdi Rzayev, 44-cü dəqiqədə isə Təmkin Xəlilzadə fərqləniblər.
Millimizin 1/8 finaldakı rəqibi H qrupunda ikinci yeri tutacaq komanda olacaq. Həmin görüş noyabrın 1-də reallaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.
Azərbaycan minifutbol millisi qrup birincisi kimi 1/8 finala yüksəlib
01
noyabr
10:21
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı