Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatına start verilib. Yarışın ilk günündə Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.
Azərbaycan Boks Federasiyasının mətbuat xidməti xəbər verir ki, 57 kq çəkidə Əzrək Bəbirov Ariol Zeneli (Albaniya) ilə gücünü yoxlayıb. 1/8 final çərçivəsində baş tutan döyüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Bəbirov rəqibini 5:0 (30:27, 30:26, 30:27, 30:26, 29:28) hesabı ilə məğlub edib. O, 1/4 finalda irlandiyalı Pears Keri ilə qarşılaşacaq. Görüş noyabrın 16-da olacaq.
Cəlal Qurbanov (63,5 kq) da Avropa çempionatın qələbə ilə başlayıb. O, 1/16 finalda Bartlomey Roskovijlə (Polşa) döyüşüb və mərhələ adlayıb – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). Qurbanov ikinci görüşünü noyabrın 14-də Aleksey Sendrikə (Serbiya) qarşı keçirəcək.
Qeyd edək ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 7 boksçusu mübarizəyə qoşulacaq.
İki boksçumuz Avropa çempionatına qələbə ilə başladı
13
noyabr
11:03
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı