"Naxçıvana aparan dəhliz İranı Ermənistandan ayırmayacaq və heç kimin maraqlarına zərər vurmayacaq".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində bu dəhlizlə bağlı iranlı mütəxəssislərin səsləndirdiyi narahatlığa dair bu ölkə jurnalistinin verdiyi sualı cavablandırarkən deyib.
“Sərhədlərlə bağlı narahatlıqlara gəldikdə, bu narahatlıqlar tamamilə əsassızdır. Müharibədən sonrakı dövrün əvvəllərində bəzi narahatlıqlar var idi. İranın yüksək səviyyəli nümayəndə heyəti Azərbaycana səfər etdi. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və xarici işlər nazirinin müavini Abbas Əraqçı ilə nəzər nöqtələrimizi ətraflı müzakirə etdik. Ortaq zəmin tapdıq. İranın nümayəndə heyəti daha sonra Rusiyaya, Türkiyəyə səfər etdi, eyni məsələni müzakirə etdilər və tam konensusa nail oldular. İran bu layihəni və həmçinin "3+3" formatını dəstəkləyir”, - prezident bildirib.
Dövlət başçısı vurğulayıb ki, bu İranı heç bir şəkildə Ermənistandan ayırmayacaq, bu dəmir yollarının, yolların birləşməsi olacaq: "Yəni onları heç bir şəkildə ayırmayacaq, kiminsə maraqlarına zərər verməyəcək. Əksinə, İranın Naxçıvan dəmir yolu ilə Yerasxa, Ermənistana çıxışına imkan verəcək. Bu layihədə İranın bizə tam dəstək verdiyini düşünürəm”.
İlham Əliyevdən Naxçıvan dəhlizi ilə bağlı AÇIQLAMA
13
aprel
14:41
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı