"Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunun tətbiqi" ilə bağlı Fərmana uyğun olaraq, banklar ƏDV qeydiyyatında olan vergiödəyicilərinin şəhadətnamə-dublikat əsasında açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə aylıq məlumatları elektron qaydada hər ay bitdikdən sonra növbəti ayın 10-dək vergi orqanına təqdim edəcək.
Qanunvericiliyin həmin tələbini şərh edən iqtisadçı Mahmud Abasquliyevin sözlərinə görə, bunun əsas səbəbi 2020-ci il yanvarın 1-də Vergi Məcəlləsinin 166-cı maddəsinin dəyişdirilməsi və ƏDV-nin tanınmasının kassa metoduna uyğun aparılmasıdır:
"Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən, vergiödəyicisinin ƏDV öhdəliyi nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt sayıldığından vergi orqanı bank hesablamaları üzrə daxil olan vəsaitləri izləməlidir. Bu səbəbdən banklar yalnız ƏDV ödəyicilərinin şəhadətnamə-dublikat əsasında açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə bütün məlumatları hər ay vergi orqanına təqdim etməlidir. Vergi orqanı banklar tərəfindən verilən məlumatları vergiödəyicisinin təqdim etdiyi bəyannamənin göstəriciləri ilə müqayisə edəcək. Bu zaman hər hansı fərqlilik ortaya çıxarsa, vergiödəyicisinə kameral yoxlama əsasında bildiriş göndəriləcək”.
M.Abbasquliyev, həmçinin əlavə edib ki, belə bir addımın atılması kölgə iqtisadiyyatının səviyyəsinin azaldılmasına, şəffaflığın və bərabərliyin təmin edilməsinə, vergidən yayınmanın qarşısının alınmasına, uçotsuz fəaliyyət göstərənlərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə və vergilərin tam həcmdə büdcəyə səfərbər olunmasına təsir edəcək.
Vergi ödəyiciləri üçün daha bir YENİLİK
09
iyun
10:12
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı