“Bank of America” (BofA) iyun ayında “Brent” markalı neftin qiymətinə dair 2020-ci və 2021-ci illər üçün proqnozunu 5 dollar artıraraq müvafiq olaraq 43 və 50 ABŞ dollarınadək yüksəltdikdən sonra spot qiymətləri bütövlükdə ehtimallara uyğun olsa da, gələn il tədarük ediləcək neft gözləniləndən daha çox bahalaşacaq.
“Report” “BofA Global Research” qrupunun icmalına istinadən xəbər verir ki, neftin bahalaşmasına səbəb olan başlıca amillər arasında OPEC+ formatı çərçivəsində hasilatın ixtisarına dair razılaşmanın yerinə yetirilməsinə sərmayəçilərin etimad göstərməsi, ABŞ-dakı şistli yataqlardakı hasilatın azalması, habelə dünya boyu neftə tələbatın get-gedə bərpa olması göstərilir.
“Bu cərəyanların bundan sonra da davam edəcəyin gözləyirik. Nəticədə dünya neft bazarında 2020-ci ilin 4-cü rübündə gündəlik 4,9 milyon barel, 2021-ci ildə də gündəlik 1,7 milyon barel həcmində kəsir yarana bilər”, – sənəddə qeyd olunur.
Belə olan halda “Brent” markalı neftin gələn il hətta 60 dollarlıq həddə çatmasının yüksək ehtimal olduğunu qeyd edən müəlliflər dünya boyu neft ehtiyatlarının həcminə dair cari məlumatlara görə həmin ehtiyatlar gözlənildiyindən daha sürətlə azalır. Belə ki, ABŞ və Çin istisna olmaqla bütövlükdə ehtiyatların həcmi adi səviyyəyə qayıdıb və hazırda 2017-2019-cu illərin orta səviyyəsini cəmi 46 milyon barel üstələyir.
Çindəki ehtiyatlar ABŞ ilə aralarındakı gərginliklə bağlı böyük həcmdə qalacağı, ABŞ-da isə bunun şistli yataqlarda gözlənilən hasilat azalması ilə bağlı olduğu bildirilir.
Bütövlükdə “BofA”nın proqnozu cari ilin dördüncü rübündə koronavirus pandemiyasının ikinci dalğasından yayınmağın mümkün olacağı ehtimalına söykənir.
Neftin gələn il 60 dollaradək bahalaşacağı istisna deyil
17
avqust
17:05
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı