Səhiyyə sahəsində digər xidmətlərin maliyyələşdirilməsi xərcləri hesabına pandemiya şəraitində əhalinin sağlamlığının qorunması, sanitar-epidemioloji vəziyyətə nəzarətin təmin edilməsi, infeksiyaya yoluxmuş və onlarla təmasda olan şəxslərin monitorinqinin aparılması məqsədilə 2023-cü ilin dövlət büdcəsində sanitar-epidemioloji tədbirlər üçün 48,3 milyon manat vəsait proqnozlaşdırılıb.
Bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi Zərfi”ndə əksini tapıb.
Həmçinin, onkoloji xəstəliyə düçar olmuş şəxslərin sağlamlığının qorunması, dərman preparatlarına olan tələbatın ödənilməsi, müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi və bu sahənin maddi texniki bazasının gücləndirilməsi məqsədilə 2023-cü il dövlət büdcəsində Milli Onkologiya Mərkəzi üçün 47 milyon manat vəsait nəzərdə tutulub.
Bundan başqa, ölkədə ixtisaslaşdırılmış oftalmoloji xidmətlə təmin edilmə, göz patologiyası ilə mübarizədə elmi-metodik cəhətdən əsaslandırılmış tədbirlərin işlənilməsi, tətbiqi və gücləndirilməsi, respublikada ixtisaslaşdırılmış oftalmoloji yardımın təşkili məqsədilə 2023-cü ilin dövlət büdcəsindən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 9,5 milyon manat məbləğində vəsait ayrılacaq.
Pandemiya ilə mübarizəyə 48,3 milyon manat ayrılacaq
03
noyabr
11:31
Qarabağ
KOMMENTLƏR
Gələn il Azərbaycanda koronavirusa yüzmilyonlar xərclənəcək
Gələn il büdcədən elmə ayrılan xərclər əsaslı şəkildə artırılacaq
Hərbçilərin mənzil kirayəsinə 13 milyon manata qədər vəsait yönəldiləcək
Gələn il əmək pensiyalarının artımı üçün ayrılan vəsaitin həcmi məlum olub
Ermənilər Tovuz, Kəlbəcər və Daşkəsəni atəşə tutdu
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı