Teref.az xəbər verir ki, sosial şəbəkə istifadəcisi Vəfa Qasımova Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun hazırda iki oğlu cəbhədə olan anaya göndərdiyi sovqat barədə paylaşım edib. Vəfa Qasımova yazır:
"Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov hazırda iki oğlu cəbhədə olan ANAya pay göndərib.
Bu da iki oğlu qazi olan anaya göndərilən ərzaqın fotosudur:
2 kq kartof - 1 manat 20 qəpik
2 kq soğan - 80 qəpik
300 qram qənd - 1 manat
1 kq pesok - 1 manat 50 qəpik
4 ədəd makaron - hərəsi 50 qəpik
1 ədəd tuşonka - 2 manat
1 ədəd yağ - 2 manat
1 ədəd kolbasa - 3 manat 50 qəpik
2 ədəd çəki sosiska - 4 manat
TOPLAM: 18 manat!!!
QEYD: Nəsimi RİH-in başçısı A.Əsgərovun azyaşlı oğlu İlham Əsgərli 2014-cü ildə “Mercedes S500"lə qəza törətmişdi. Nəticədə bir nəfər həyatını itirmişdi. İlhama 5 il 5 ay həbs cəzası verilsə də, o qısa müddətə azadlığa çıxmışdı."
Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandrmağa hazırıq!
скачать dle 12.1