Teref.az-ın poçtuna Prezident İlham Əliyev cənablarına ünvanlanmış şikayət məktubu daxil olub. Şikayətçi Prezidentə müraciət edərək yaxır:
Salam cənab Prezident!!
Mən Şirinova Aygün Rafiq qızı ədalətinizə sığınaraq sizə müraciət edirəm!
Bu gün mən fəxr edirəm ki, Azərbaycanın Sizin kimi ədalətli Ali rəhbəri var. Amma Gəncədə fəaliyyət göstərən Azərbaycan Texnologiya Universitetinin rəhbərliyi Sizin uğurlu ve haqlı siyasətinizi nəinki dəstəkləyir, əksinə xalqın ziyalı təbəqəsini incitməklə,təhqir etməklə Sizin siyasətinizə kölgə salmaqla meşğul olurlar.
Bildirirəm ki, mən 22.01.2004-cü ildən etibarən Azərbaycan Texnologiya Universitetinin Kitabxanasında əvvəlcə kitabxanaçı, daha sonra isə 29.12.2019 cu ilədək korrektor vəzifəsində işləmişəm.Əfsuslar olsun ki, Azərbaycan Texnologiya Universiteti fəaliyyətini '' Təhsil haqqında Azərbaycan Respublikası Qanunu'' , Azərbaycan Respublikası Əmək Qanunu və digər hüquqi normativ sənədlər əsasında həyata keçirmir. 29.12.2019-cu il tarixində məni qərəzli şəkildə, heç bir səbəb olmadan işdən azad edən rektor,''əlindən gələni beş boşqaba çək ''deyib vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kobud davrandı. Rektorun kobud davranışlarından təngə gələn Universitetin çoxlu sayda elmi dərəcəsi olan professor -müəllim heyəti məcbur olub başqa Universitetlərdə özlərinə iş axtararaq ATU nu tərk ediblər. ATU kollektivinin əsas hissəsinin əmək haqlarının 250 manat olduğu halda ,neçə illərin professorların maaşı 600 (altı yüz ) manat olduğu halda rektor Akif Süleymanovun oğlu Şamil Süleymanovun ''AZİNKA ''şirkətinin vasitəsilə təyin etdiyi prorektorların, dekanların , özlərinə yaxın hesab etdikləri şöbə müdirlərinin maaşı 1500 (min beş yüz), 5000 (beş min )manat və daha yüksək yazılır.
Əmək haqlarında bu qədər kəskin fərqlərin olması rəhbərliyin rüşvətlə məşğul olmasından xəbər verir. Hətta bunu korrupsiya adlandırmaq olar.
Universitetdə korrupsiya son həddə çatıbdır. 09. 09. 2016 cı il tarixində 185 saylı əmrlə (Qurban bayramı)münasibətilə əlaqədar olaraq Universitetin 30 nəfər əməkdaşının hər birinə 550 (beş yüz əlli )manat mükafat yazıldığı halda sonradan həmin vəsait ATU rəhbərliyi tərəfindən toplanılaraq mənimsənilib. Şahidlər var.
Yeganə ümidimiz Sizsiniz Cənab Prezident!
Universitetin İnsan Kapitalının İdarəetmə mərkəzinin direktoru Zaur Əliyev şəxsən mənə və mənlə çalışan bir sıra kitabxana işçilərinə hədə qorxu gələrək ''dediyimiz məzmunda ərizə yazmasanız işdən azad olunacaqsınız, şəxsən özüm turniket kartınızı bağlatdıracam '' deyərək təkidlə öz iradəmizə zidd 3 (üç) və 6 (altı) ay müddətinə əmək müqaviləsi bağlanmasına məcbur edib. İşdən azad edilən iş yoldaşım qadın Universitetin hüquqşünası Müşfiq Məmmədova zəng edib etirazını bildirəndə hüquqşünas Müşfiq Məmmədov onu nalayiq küçə söyüşləri ilə təhqir etmişdir. Bu barədə fakt var.
ATU da mövcud olan avtoritar idarəçilik sistemi, özbaşınalıq və qanunsuzluqlara son verilməlidir.
Azərbaycan Texnologiya Universitetində bir ailə klanı hökmranlıq edir.
Xalqın bu çətin günlərində atdığınız təqdirə layiq addımlarla sübüt etdiniz ki, Siz çətin günlərdə xalqın, hər bir vətəndaşın yanındasınız və onlara arxa dayaqsınız. Təhsil işçilərinin problemlərinin Sizin diqqətinizdə olması hər birimizə məlumdur. Biz ailəlikcə Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olan cənab prezidentimiz Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyir və onun yolu ilə gedirik. Bu gün haqq ədalətin bərpa olunması üçün Sizə müraciət edib mənim öz işimə bərpa edilməyimdə mənə köməklik etməyinizi Sizdən xahiş edirəm. Göstərəcəyiniz diqqətə görə Sizə əvvəlcədən minnətdarlığımı bildirirəm.
Şirinova Aygün Rafiq
"Cənab Prezident Azərbaycan Texnologiya Universitetində bir ailə klanı hökmranlıq edir."- Haqsızlıqla üzləşən vətəndaş Prezidentə müraciət etdi
26
dekabr
09:52
Qarabağ
KOMMENTLƏR
ATU rektoru yenə ara qarışdırır - Zamdekan üsyan edir
Prezident İlham Əliyev Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya nazirini qəbul edib
Prezident İlham Əliyev Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya nazirini qəbul edib
"Karqo Şamil"lə bağlı Prezidentə müraciət olundu - MƏTN
Prezident teqaüdçüsü,Qarabağ qazisi,Tanınmış jurnalist Habil Vəliyev Prezidentə
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı