Koronavirusa yoluxan xəstələr çox vaxt xəstəxanada yer tapa bilmirlər. Belə olan halda onlar müalicələrini evdə aparmağa məcbur olurlar. Bu zaman isə xəstələrə lazım olan tibbi xidmət göstərilmir. DİA.AZ bildirir ki, bu məsələ ilə bağlı gözətçi portalına vətəndaşların şikayətləri daxil olub.
Kürdəmir rayonunun Xırdapay kənd sakini Esmira Niyazova bildirir ki, səhhətində yaranan problemə görə dekabr ayının 2 – də Kürdəmir rayon Mərkəzi Xəstəxanasına müraciət edib, COVİD-19 üçün test verib. Üç gündən sonra test cavabının pozitiv olduğunu bildiriblər və ona ev şəraitində müalicə olunmasını məsləhət görüblər. Ancaq xəstəyə heç bir tibbi yardım göstərilməyib.
Esmira Niyazova tək yaşayır, şəkər xəstəsidir. O, rayonun Mərkəzi Xəstəxanasında qeydiyyatda olsa da, dövlət tərəfindən verilən dərmanları vaxtı – vaxtında ala bilmir. Səhhətinə görə heç bir yerdə işləyə bilmir, dövlət gəliri də yoxdur. Ona ancaq qohum və qonşuları maddi dəstək olur.
Kürdəmir rayonunun Ağtaçı-Qarabucaq kənd sakini Rəhman Əliyev isə deyir ki: “Mən 5 dekabr tarixində özümdən şübhələndiyim üçün Kürdəmir rayonunun Təcili Tibbi Yardım xidmətinə zəng etdim, ancaq onlar çağırışa gəlmədilər. Həmin gün özüm Kürdəmir rayon Mərkəzi Xəstəxanasına müraciət etdim. Məndən ilkin müayinə üçün burun dəliyimdən və boğazımın qırtlaq hissəsindən yaxma götürdülər, bildirdilər ki, sizin testinizin cavabı 2-3 günə göndəriləcək. Ancaq dekabr ayının 8-də veriləcək cavab, mənə 12-si göndərildi. Halbuki mən həmin tarixə kimi Sabirabad rayonunun Mərkəzi Xəstəxanasında öz şəxsi hesabıma müalicə olunurdum. Virusa yoluxub, tam sağalmağıma 800 manat məbləğində pul sərf olundu. Halbuki mənə Kürdəmir rayon Mərkəzi Xəstəxanasından zəng edib bildirmişdilər ki, sizin müalicəniz üçün sizə xəstəxanamız tərəfindən pulsuz tibbi paket göndəriləcək. Həmin tibbi paket isə hələdə yol gəlməkdə davam edir.”
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Kürdəmir həkimlərinin ümidinə qalsa... - Xəstələr rəsmən ölümə tərk edilir...
30
dekabr
10:57
Qarabağ
KOMMENTLƏR
Kürdəmirdə iki uşaq anası dərmandan zəhərlənib
Saatlıda koronavirus xəstəsinə tibbi yardım göstərilmir - GİLEY
Kürdəmir Məşğulluq Mərkəzi nəyə lazımdır? - "Bəlkə rüşvət istəyir?"
Nazirin NƏZƏRİNƏ: Bu kənddə təhsil almaq imkansızdır... - NƏ ETSİNLƏR?
Bu kəndin məktəbliləri pandemiyada bir dəfə də olsun təhsil üzü görməyiblər... - Kənddə telefon xətti belə yoxdur...
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı