Teref.az yazır ki, 2020-cu ildə Qazax rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 7 milyon 689 min 705 manat məbləğində 34 tender keçirilib.
İcra hakimiyyəti 10 tenderə 2 milyon 080 min 802 manat xərcləyib. Qazax Rayonun İcra Hakimiyyətinin keçirdiyi ən böyük tenderin qalibi "AZƏRTRANSS" MMC (1 milyon 029 min 642 manat) olmuşdur. "AZƏRTRANSS" MMC eyni zamanda 10 tenderdən 4-nün qalibidir.
Bura qədər hər şey normal sayıla bilərdi, lakin adı çəkilən "AZƏRTRANSS" MMC olmasa idi. Çünki bir qədər əvvəl Tovuz rayonuda tenderlərin qalibini elan etmişdi. Maraqlısı odur ki, burdada açıq tenderin qalibi "AZƏRTRANSS" MMC olub. İcra Hakimiyyəti qalib şirkətə 336 min 044 manat ödəyib.
Lakin iş tək bunlarla qurtarmır. "Tenderlər kralı" adı alan (medaida adı belə hallanır) "AZƏRTRANSS" MMC İcra hakimiyyətlərinin sevimlisidir.
Baxın, biz deyək sizdə nəticə çıxardın.
2019-cu ilin yanvar-dekabr aylarında Qazax rayonunda müvafiq qurumlar tərəfindən ümumi məbləği 3 milyon 246 min 123 manat olan 29 tender keçirilib. Məlumatda diqqət cəlb edən məqamlardan biri iri məbləğli üç tenderin qalibinin bir şirkət – “Azərtranss” MMC olmasıdır. Şirkət Qazax rayonundakı abadlıq işləri üzrə 791.158 manat, 8 ədəd binanın dam örtüyünün təmiri üçün 669.467 manat və yolların təmir işləri üçünsə 530.040 manatlıq tenderlərin qalibi olub. Bu, üst-üstə 1 milyon 990 min manat, yəni az qala 2 milyon manat deməkdir.
Maraqlıdır ki, həmin bu şirkət qısa müddət əvvəl Gədəbəy Rayon İcra Hakimiyətinin də tenderlərini udub. Belə ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin inzibati binasının təmiri üçün avqust ayında "Azərtranss"-la 933 min 623.8 manatlıq müqavilə bağlanıb. Bunun üzərindən 3 ay keçməmiş həmin şirkətlə yenə sözügedən icra hakimiyyəti binasının təmirilə bağlı daha bir – 288.215 manatlıq müqavilə imzalanıb. Bu da üst-üstə 1 milyon 300 min manata yaxın vəsait deməkdir. Hansı ki, bu vəsaitlə nəinki bir tikilini təmir etmək, bəlkə də iki normal icra hakimiyyəti binası tikmək olar…
"Azərtranss"-ın adı bunlarla yanaşı Meliorasiya və Su Təsərrüfatı ASC-dən tutmuş "Azəristiliktəchizat" ASC-yə qədər bir çox qurumların iri, milyonluq dövlət satınalmalarında da keçir. Məsələn, şirkət bu il təkcə Meliorasiya və Su Təsərrüfatı ASC-nin 3 milyona manata yaxın dəyəri olan tenderlərinin qalibi olub. Lakin bu şirkətlə bağlı əldə edə bildiyimiz məlumat yalnız odur ki, “Azərtranss” MMC-nin hüquqi ünvanı Qazax şəhəri Heydər Əliyev küçəsi, qanuni təmsilçisi Qasımov Adil Məmməd oğludur. Nizamnamə kapitalı isə cəmi 20 manatdır.
Əlbəttə ki, belə bir şirkətin eyni zamanda bir neçə rayonda milyonlarla dəyəri olan böyük layihələri həyata keçirə bilməsi, iri həcmli işlər görməsi fiziki cəhətdən kifayət qədər müəmmalı görünür. Digər tərəfdən, müxtəlif dövlət qurumlarının hansı xüsusiyyətlərinə görə məhz bu şirkətə üstünlük verdikləri də maraq doğuran məsələlərdəndir...
Cənab Prezidentin müşavirədə dediyi kimi, ümumiyyətlə, tenderlər və dövlət satınalmaları sahəsindəki vəziyyət göstərir ki, Azərbaycanda inhisarçılığın və məmur oliqarxiyasının qarşısının alınması, eləcə də büdcə vəsaitlərinin şəffaf və səmərəli istifadəsinə nail olunması əsas işlərdən biridir.
Qazaxda tenderlərin "çempionu" yenə qalib çıxdı - "AZƏRTRANSS" MMC-nin Qazaxda milyonluq tenderləri ...
08
yanvar
11:22

Qarabağ
KOMMENTLƏR
Yardımlıda rəsmən TALAN VAR... - İLGİNC FAKT
Gədəbəyin icra başçısının müəmmalı ortaqları... - İLGİNC
Sabirabadda dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
"Azərtranss” MMC indi də Tovuzdan boylandı... - İLGİNC MƏQAM
Qazaxda dövlət tenderlərini KİMLƏR UDUR? – Qaranlıq "Azərtranss" MMC "sevgisi" SİYAHI, MƏBLƏĞLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat