Sabirabad rayon sakini Akif Bədirov bildirir ki, 2019 – cu ildə ailəsinə düşən pay torpaqda (3 ha) pambıq əkib. Suvarma zamanı böyük çətinliklərlə üzləşsə də, 3 ha-dan 9 tona yaxın məhsul toplayıb, təhvil verib.
DİA.AZ xəbər verir ki, o, təkrar müqavilə bağlamaq üçün qeydiyyatda olduğu Sabirabad rayon, Axtaçı kəndində MTK şirkətinə müraciət edib, ancaq imtina cavabı alıb:
“7,5 ha pambığa müqavilə bağlamaq üçün zavodun direktoru Ramin Əsədova müarciət etdim, ancaq rədd cavabı verdi. Onun sözlərindən belə çıxdı iki, “Biz hər adamla müqavilə bağlamırıq”. Eşitdiyimə görə isə MTK Sabirabad filialı ilə müqavilə bağlamaq üçün ya gərək “kimsə” tapşıra, ya da müəyyən “görüm-baxım” edəsən.”
Akif Bədirov deyir ki, prezidentin xüsusi önəm verdiyi, strateji məhsul hesab etdiyi pambığı yetişdirməkdən ötrü fermerləri məqsədyönlü incidirlər.
“Ötən il pambığı tam yığa bilməyən, hələ də MTK-ya borclu qalan fermerlərlə müqavilə imzalanır, ancaq mənimlə yox. Halbunki, mən artıqlaması ilə məhsul təhvil vermişəm. Xahiş edirəm aidiyyatı qurumlar bu arzuolunmaz vəziyyətlə bağlı ciddi tədbir görsünlər”, deyə şikayətçi bildirib.
İnam Kərimov HARA BAXIR? - "Fermerləri məqsədyönlü incidirlər"
13
yanvar
13:34

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat