Birinci yazıda (Buradan oxuya bilərsiniz) bəhz etdiyimiz, saytımıza müsahibə verən ekspertlərin və mütəxəssislərin qeyd etdiyi kimi, diaspora sahəsində fəaliyyət heç də ürəkaçan deyil. Diasporla İş üzrə Dövlət Komitəsinə dövlət büdcəsindən vəsait ayrılsa da o vəsaitlər bəzən aidiyyəti üzrə xərclənmir, bəzən isə bəhrəsi görünməz olur.
Bu bizim gəldiyimiz qənaət deyil, bu, istər müharibə dövründə, istərsə də müharibədən əvvəl və sonra xaricdə dövlət maraqlarımızın, xalqımızın mənafeyi üçün aktiv fəaliyyət göstərən həmyerlilərimizin səsləndirdiyi fikirlərdir.
TvPress.Az internet qəzetinin baş redaktoru Elçin Bayramlı da bu fikirdədir. O Correct.az-a açıqlamasında qeyd edir ki, Diasporla İş üzrə Dövlət Komitəsinə ayrılan pullar dayandırmalı və daha səmərəli istiqamətlərə yönləndirilməlidir:
“Bu sahədə vəziyyət biabırçılıqdır, diasporaya ayrılan vəsaitləri dayandırmaq lazımdır”
“Bu sahədə vəziyyət biabırçılıqdır. Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti çox zəif və effektsizdir. Müharibə vaxtı da, ondan əvvəl də, sonra aydın göründü ki, bizim diasporamız yox səviyyəsindədir. Əlbəttə, bir neçə təşkilatı istisna etmək şərtilə. Mən müharibə dövründə çox izlədim, araşdırdım, lakin xarici ölkələrdəki diaspora təşkilatlarımız, Azərbaycan cəmiyyətləri demək olar ki, heç bir iş görmədilər. Erməni təşkilatları isə dünyanın bütün şəhərlərində aksiyalar keçirir, mediaya çıxır, beynəlxalq təşkilatların, qalmaqal salır, böyük dövlətlərin qarşısında tələblər qoyurdular. Yəni, bizim diasporumuz informasiya müharibəsində demək olar ki roy oynamadı. Əgər müharibə vəziyyətində, ən lazımlı məqamda diaspora fəaliyyəti koordinasiya olunmayacaqsa, bütün güclərini səfərbər edib real nəticə ortaya qoymayacaqsa onlara bu külli miqdarda vəsaitlər nə üçün lazımdır, niyə bu qədər vəsait ayrılır? Biz informasiya və təbliğat müharibəsində prezidentimizin və beynəlxalq dilləri bilən bəzi vətəndaşlarımızın sayəsində qalib gəldik. Burada əlbəttə dediyim kimi, bir neçə təşkilatı istisna etmək olar, onların zəhmətini yerə vurmaq olmaz, lakin bu heç 5 faiz də təşkil etmirdi. Halbuki, Ermənistandan fərqli olaraq bizim diaspor təşkilatlarımıza həm dövlət, həm də qeyri-dövlət xətti ilə mütamadi maliyyə yardımları göstərilir. Bu pulları rahatca batmış hesab etmək olar. Komitə üçün ayrılan vəsaitləri elə qlobal informasiya resurslarına ayırsaq daha böyük fayda əldə edə bilərdik. Ən kritik məqamda, onların bizə lazım olduğu yeganə halda da heç bir fəaliyyət göstərmədilər. Təəssüf ki, xaricdəki səfirliklərimiz də arzuolunan fəaliyyət göstərmədilər. Diasporu onlar təşkilatlandırmalı idi, olduqları ölkələrdə tv-lərdə, mediada yer və ya vaxt alıb informasiya və təbliğat müharibəsi aparmalı idilər. Bizə kağız üzərində olan və dövlətə, xalqa heç bir xeyiri dəyməyən komitə lazım deyil.
Sonra da deyirik ki, ermənilər Rusiyada, Avropada, Amerikada niyə üstündürlər. Əlbəttə üstün olacaqlar, çünki orada yaşayan ermənilər birləşir, ümummilli, ümumdövlət maraqları üçün mübarizə aparır, bu yolda öz pullarından da, vaxtlarından da, əziyyətlərində keçirlər. Bizim milyarderlərimizə baxın. Görün müharibə vaxtı hansısa beynəlxalq mediada, televiziya vaxt alıb nəsə verdilərmi, ya da hansısa bizim tərəfdən danışan eksperti çıxarıb danışdırdılarmı. İmkanlı ermənilər isə pul xərcləyib iş gördülər. Sonra da deyirik, niyə erməniər tərəfdən danışırlar. Əlbəttə belə olacaq, necə deyərlər, pulunu verən, düdüyü çalır.
Hesab edirəm ki, bu sahəyə pul ayırmağı dayandırmaq lazımdır. Onsuz da faydası yoxdur. Həmin vəsaitləri Qarabağın bərpasına yönəltmək lazımdır. İndiyə qədər xərclənən milyonları itirilmiş hesab etmək olar”.
"Biabırçılıqdır, Diasporla İş üzrə Dövlət Komitəsinə ayrılan pullar dayandırılmalıdır...”
01
fevral
15:56
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı