Gömrüklə medianın icdivacı – Səfər Mehdiyev və Vüqar Səfərli cütlüyü
İlk təhsilini kolxozda fermada alan, sonra guya Elçibəyin göndərişi ilə Türkiyədə təhsil alıb ölkəmizə qayıdan Səfər Mehdiyev az vaxtda gömrük sistemində söz sahibinə çevrildi. Hətta Dövlət Gömrük Komitəsində 1-ci müavin oldu. Aydın Əliyev DGK sədri olanda da qurumda söz sahibi Səfər Mehdiyev olub.
DGK-da çalışanlar bilir ki, sədr Aydın Əliyevin işi səhərdən axşamacan qəzetləri varaqlamaq və ayın axırında PAKET almaq olub. Bütün işləri ŞƏRUR uşaqları və məhləbaşı Səfər həll edib.
Səfər Mehdiyev DGK-da çalışanda “Mətbuatın xaç atası Vüqar Səfərli” ilə razılaşıb ki, onunla bağlı xəbərlər getməsin, mətbuatda gömrüklə bağlı ancaq pozitiv xəbərlər tirajlansın və ayın sonunda PAKET göndərilsin.
Beləliklə Səfər Mehdiyevlə Vüqar Səfərlinin əməkdaşlığı xeyli müddət davam edib. Buna deyirlər gömrüklə medianın birgə fəaliyyəti.
Bu ’’siyasi’’ müqavilə dövründə Səfər Mehdiyevin sifarişi ilə Vüqar Səfərli xeyli sayda medianı reket elədi, qəzetləri qara siyahıya saldı. Amma bir gün bunların da qara günü başladı. Və Vüqar Səfərli həbs olundu.
Həmin gün Səfər Mehdiyev Vüqar Səfərlinin oğlu Samir Səfərlini yanına çağırıb dedi ki, narahat olma, axıradək atanın dalındayam...
Bəli, Vüqar Səfərlinin həbsindən çox-çox əvvəl Səfər Mehdiyev Vüqar Səfərlinin oğlu Samiri 6-cı anbara rəis təyin etmişdi. Samir Səfərli gömrükdə “Levi mallar çıxaran Samir” kimi ad çıxarmışdı, İpək yolunun anbarında, Sərnişin İdarəsində at oynadırdı.
Bəli, gömrük sistemi ilə Vüqar Səfərlinin müqaviləsi nəticəsində çox media orqanları bağlandı, çox baş redaktorlar həbs olundu.
Bu işlərdə təkcə Vüqar Səfərli deyil, onun sağ əli Müşfiq Ələsgərli də xeyli xidmətlər göstərib.
Ölkə başçısını səmimi dəstəkləyən media mənsublarını şərləməkdə, saxta yolla jurnalistlərə ev paylamaqda Müşfiq Ələsgərli heç də Vüqar Səfərlidən geri qalmırdı.
Ona görə də haqlı olaraq hesab edirik ki, Vüqar Səfərlinin istintaqında mütləq Müşfiq Ələsgərli də izahat verməli və haqlı cəzasını almalıdır.
Sonda onu qeyd edək ki, Səfər Mehdiyevin vurulmuş məmurların uşaqlarına atalıq qayğısı etməsi, dövlətə meydan oxumaqdır. Bunun başqa adı yoxdur.
Səfər Mehdiyevin vurulmuş məmur övladlarına atalıq qayğısı-Səfər Mehdiyev və Vüqar Səfərli cütlüyü
10
fevral
13:01

Qarabağ
KOMMENTLƏR
Səfər Mehdiyevlə Vüqar Səfərlinin dostluğu - Oğlu DGK-da vəzifəyə düzəlib, atası da vəzifəyə hazırlaşırdı
5-ci kalonun gömrükdəki görünməz siması deyilən Səfər Mehdiyev YOLA SALINDI – SON DƏQİQƏ
Səfər Mehdiyev varidatını xaricə köçürür... - İDDİA
Səfər Mehdiyev necə olur ki. MÖVQELƏRİNİ QORUYUR... - İDDİA
Səfər Mehdiyevin özü getmək istəyir... - İDDİA
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat