Hətta sovet dönəmindən bizim cəmiyyətimizdə ali təhsilə xüsusu maraq olub. İmkanı olanda, olmayanda, istedadsız-istedadlı hər kəs ali təhsil almağa can atıb.
Bu bir tərəfdən yaxşı haldır. Amma ali təhsil diplom xatirinə olanda bunun heç bir faydası olmur, əksinə cəmiyyət üçün təhlükəli olur.
Son illər səhiyyəmizdə sağ ayağın əvəzinə sol ayağı kəsən həkimlər, yaxud savadsız müəllimlər və digər peşə sahibləri durmadan artıb.
Ona görə də diplom xatirinə ali təhsil almaq cəmiyyət üçün müsbət hal deyil.
Bu diplomun əvəzinə yaxşı bir peşəyə, sənətə yiyələnmək həm cəmiyyət üçün, həm də vətəndaşın özü üçün çox faydalı olar.
Nizami babamız əbəs yerə deməyib ki:
Kamil bir PALANÇI olsa da insan,
Yaxşıdır, yarımçıq PAPAQÇILIQ-dan.
Bəli, savadsız həkim, yaxud prokuror olmaqdansa, yaxşı, peşəkar AŞPAZ, DƏLLƏK, BƏNNA, NEFTÇİ olmaq daha üstündür.
Bunları yazmaqda məqsədimiz odir ki, bizdə PEŞƏ TƏHSİLİ-nə maraq yaransın.
Vaxtilə sovet dönəmində Peşə Təhsili üzrə Dövlət Komitəsi var idi. Və hər il orta məktəbi bitirən minlərlə şagird bu və digər peşələrə yiyələnmək üçün peşə məktəblərinə qəbul olurdular.
Onlar təhsil müddətində yataqxana ilə təmn olunur, təqaüd alırdılar. Təhsil müddətində uyğun sahələrdə, zavodlarda, fabriklərdə, tikintidə praktiki təcrübə keçirdilər. Və mütəxəssis olaraq yetişirdilər. Sonra isə təyinat üzrə işlə təmin olunurdular. Hətta iş yerindən onlara ev də verilirdi.
Bəs bu gün..?
Ölkəmizdə peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixli fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldı. Bu bir daha onu göstərir ki, ölkəmizdə peşə-ixtisas təhsilinə böyük ehtiyac var və bu məsələ ölkə rəhbərliyinin ciddi nəzarətindədir.
Ancaq təəssüf ki, bəzi peşə liseylərinin rəhbərləri dövlətin bu sahəyə qayğısını və ayırdığı vəsaiti öz şəxsi maraqları üçün istifadə edir, hətta qanunsuzluqlara imza atmaqdan çəkinmir, bəzi hallarda cinayətə yol verirlər.
Görəsən, belə şəxsləri Peşə Liseylərinə direktor təyin edəndə cənab Təhsil naziri nə fikirləşir ?
Təsəvvür edirsiniz Peşə liseylərində bir neçə gözətçi işə götürülür, amma maaşları kim alır və əvəzində kimin əmək stajı yazılır ?
Liseyin balansında olan avtomobillərə yazılan yanacaq sərfi, təmir və istismar xərcləri də direktorlar üçün qazanc mənbəyidir.
Ali təhsili olmayanlara liseydə dərs saatının verilməsi və əvəzində alınan rüşvət, saxta mühasibat sənədləri ilə silinən pullar və daha nələr.
Ən maraqlısı odur ki, 1 ildir davam edən karonavirus pandemiya dövründə də bu əməllər davam edir.
Yəni bir soruşan yoxdur ki, dərs olmadığı üçün yuxarıda sadaladığımız “pul silinmələri” necə baş verə bilər ?
Liseylərdəki istehsalat təlim ustalarına yazılan maaşlar necə bölünür ?
Axı, istehsalat yoxdur.
Bir sözlə, peşə liseylərində vəziyyət dözülməzdir.
Yaxşı olar ki, Təhsil Nazirliyinin rəhbərliyi bu barədə ciddi-ciddi düşünsün.
Peşə təhsilimiz bərbad gündədir- Təhsil Nazirliyi hara baxır ?
25
fevral
14:15
Qarabağ
KOMMENTLƏR
Sürücülər bu halda avtobus zolağından istifadə edə bilər
Bakıda polis COVID-19 xəstəsini küçədə yaxaladı
“Azərbaycanlı olduğum üçün fəxr edirəm” - Tuğba Ekinci
Qarabağa zorla köçürülən ermənilər geri qaçır - Yalan statistikanın GERÇƏK TƏRƏFLƏRİ
Kardiologiya İnstitutunda DİREKTOR ÖZBAŞINALIĞI - qocaman professorlar sürgünə göndərilir
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı