Öncə onu qeyd edək ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Abas oğlu Babaşovun tərcümeyi-halı ilə bağlı xeyli axtarış aparsaq da, hətta Vikipediyada da 1 cümləyə rast gəlmədik.
Sözün düzü, bu rüsvayçılıqdır. Qazax boyda rayonun rərhbərinin harada, neçənci ildə doğulması, məktəbə getməsi ( əgər gedibsə ), hansı ali məktəbi bitirməsi ( bilmirik bitirib, yoxsa bitirməyib ), hərbi xidmətdə olub-olmaması barədə heç bir məlumata rast gəlmədik.
Ona görə də media üzərindən araşdırmağa başladıq.
Bəlli oldu ki, Babaşov əvvəllər vergi orqanlarında çalışıb, tanınmışlardan birinin “qara kassasl” olub. Müxtəlif vəzifələrdən keçə-keçə axırda Qazağın icra başçısı olub.
Yazılanlardan məlum olur ki, icra başçısı rayonda yerini möhkəmlədən kimi “Qırmızı körpü” keçid məntəqəsinin rəisi ilə kabinetdə əlbəyaxa olub. Deməli, icra başçısı Babaşov deyib ki, rayonun sahibi mənəm, ona görə də Gürcüstandan qeyri-leqal yolla siqaret gətirməliyəm və keçid məntəqəsi buna göz yummalıdır.
Babaşovun ikinci əməliyyatı Qazaxda dillər əzbəri olan ərik bağlarını satması olub.
Rayon mərkəzindəki səkiləri satmaqdan doymayan Babaşov rayondakı 78 hektar ərik bağını satıb və 624 min manat pulu oğlunun Kapital bankdakı hesabına keçirib.
İcra başçısı rayona gələn kimi köhnə bazara təzə nırx qoyub. Rayon ərazisində tikilən istənilən obyektin qiyməti ən azı 10 min mant olmalıdır. Pulları isə bələdiyyə sədri Tofiq müəllim yığır. Obyektin tikintisinə isə heç bir rəsmi sənəd verilmir.
Bunlardan əlavə icra başçısının bir özəlliyi də var. Kim başçıdan yuxarılara şikayət edirsə, Babaşov onu şərlədib tutdurmağa çalışır.
Bütün bunlar azmış kimi icra başçısı Babaşovun oğlu 450 min avroluq xarici avtomobildə gəzir.
Adama deyərlər hansı pulla, Babaşov ?
Qoy bunu “bandotdel” araşdırsın ?
Qazax rayonunun icra başçısı Rəcəb Babaşov səkiləri satır?- Başçının oğlu 450 min avroluq avtomobildə gəzir...
11
mart
11:34
Qarabağ
KOMMENTLƏR
Həbs olunan icra başçıları “Səni deyirlər”, Alı Alıyev- Füzulinin icra başçısının milyonluq villaları, avtomobilləri, 30 min qoyunu, 5 min mal-qarası…
Qazax icra başçısı və oğlunun 500 minlik avtomobilləri və rayondakı 3 min işsiz
Qazax icra başçısı və oğlunun 500 minlik avtomobilləri və rayondakı 3 min işsiz
Prezidentin işdən çıxardığı 19 illik icra başçısı - DOSYE
Saatlıya təyin olunan icra başçısı kimdir?
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı