Azərbaycan Memarliq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın bu yaxınlarda Bakı şəhərinin Baş Planının olmamasl barədə dedikləri sözün düzü, mənim səbr kasamı daşırdı.
Adama deyərlər 50 ilə yaxındır ölkədə yeganə memarlıq və inşaat universitetində çaılışırsan, kafedra müdiri olmusan, 22 ildir rektorsan. Deməli ölkədəki bütün memarlıq işlərinə, eyni zamanda Baş Plana görə, Siz və sizin illər boyu hazırladığınız mütəxəssislər cavab verməlidir. Bəs indi siz niyə və nədən narazısınız?
Bəlkə paytaxtımızın Baş Planını ölkə rəhbərliyi, bəlkə Baş Prokuror hazırlamalıdır ?
Zəhmət çəkin üzərinizə düşən işlə məşğul olun.
Siz rektor olmaqla bərabər 2000-2005-ci illərdə ölkə parlamentinin üzvü olmusunuz. Dövlətdə bu ən yüksək kürsülərdən biridir. Siz nə vaxt bircə dəfə də olsa paytaxtımızın Baş Planı məsələsini Milli Məclisin tribunasında səsləndirmisiniz ? Əlbəttə heç vaxt.
Bəlkə sizin əvəzinizdən hansısa kəndin mollası, yaxud axundu Baş Plan məsələsini gündəmə gətirməli idi ?
Cənab rektor ! Sizin, ümumiyyətlə, hansısa baş yaxud nəsə plandan danışmağa mənəvi haqqınız yoxdur. Siz bircə dəfə universitetin müəllimləri üçün tikilən binanın planınını cızdınız və acınacaqlı durumu özünüz gözəl bilirsiniz.
Sizin MİU-də çalışan bacınızın və onun ərinin əməlləri barədə mediada kifayət qədər yazılıb.
Xanım Rektor !
Sizin gənclik illərində komsomolda yoldaş Zabelinlə, sonradan isə Fərhad müəllimlə, indi isə keçmiş Metrobaşı, şair-maşinist Tağı Sadiq Əhmədovla işbirliyiniz barədə dastan yazmaq olar. Tağı müəllim yəqin bu barədə poema yazacaq.
Cənab rektor sizin başınız nəyə qarışıb bilmirəm. Ancaq heç olmasa Vikipediyadakı rəsmi tərcümeyi-halınıza nəzər salın. Və KONSTİTUSİYA sözü ilə KONSTRUKSİYA sözünün fərqini öyrənin.
Axı, əməkdaşlıq etdiyiniz xeyli tanınmışlar var. Düzü, adam istəyir ki, sizinlə əməli əməkdaşlıq edib bəzi məsələlərə aydınlıq gətirə.
Xalqın şair oğlu Tağıdan muğayat olun. Çox kaloritli adamdır. Tağı amanatı, Gülçöhrə xanım!
Tağı amanatı, Gülçöhrə xanım-Azərbaycan Memarliq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın “PLANI”
26
mart
13:35
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı