“Sobsan Boya” Azərbaycanın ilk boya fabrikidir.
Şirkət Qafqaz regionunun ən böyük boya və boya xammalı fabrikidir. Şirkətdə 500-dən çox işçi çalışır.
Bir neçə il əvvəl fabrikdə baş verən yanğın cəmiyyətdə xeyli suallar doğurdu.
Yanğın o dərəcədə böyük oldu ki, FHN-nin 30 yanğınsöndürən maşını yanğını söndürə bilmirdi.
Yanğından sonra xeyli suallar ortaya çıxdı. Bəlli oldu ki, şirkət illər uzunu zərərli kimyəvi maddələri Bakıdakı su mənbələrinə, göllərə axıdırmış. Bunun nə demək olduğunu şərh etməyə ehtiyac yoxdur. Yəni “Sobsan Boya” ətraf mühit üçün ziyanlı olan xeyli kimyəvi maddələri su hövzələrinə axıdıb.
Ümumiyyətlə, bu şirkətin adı çox neqativ məsələlərdə hallanır. Belə ki, “Sobsan Boya” şirkəti Şamaxıda onlarla vətəndaşı aldadaraq onlara məxsus torpaqları saxta sənədlərlə mənimsəyib. Hətta vəfat etmiş şəxslərin adına olan torpaqları da şirkət ələ keçirib.
Hətta şirkətin rəhbərliyi vətəndaşlara hədə-qorxu gəlir, biz “yuxarıların adamıyıq” deyib, özlərini belə qələmə verirlər.
Bir sözlə, “Sobsan Boya” Azərbaycan qanunlarına məhəl qoymur.
Bütün bunlar azmış kimi “Sobsan Boya”nın sexlərində, laboratoriyalarında elə “qatqılar” olur ki, ( 12 kq- 6 kq ? ) bununla mütləq xüsusi xidmət orqanları məşğul olmalıdır.
İndi isə “Sobsan Boya”nın instituta direktor təyin etmək məsələsinə nəzər salaq.
Bəli, “Sobsan Boya”nın şefi Səhiyyə naziri Oqtay Şirəliyevlə bazarlıq edərək Dadaşova Gülnaz Mahir qızını Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin etdirib.
Bəli, artıq “Sobsan Boya” səhiyyəmizə sponsorluq edir.
Gülnaz Dadaşova ”Sobsan Boya” şirkətinin rəhbəri olan Cavidin əmisi qızıdır. Bu da hamısı deyil.
Cənab nazir Oqtay Şirəliyevin yeni qudası da “Sobsan Boya” şirkətinin əsas payçılarından, şəriklərindən biridir.
Bu barədə növbəti yazımızda.
“Sobsan Boya” və Səhiyyə naziri Oqtay Şirəliyevin şərikli biznesi-“Sobsan Boya” fabrikində ÖZBAŞINALIQ
29
mart
12:30
Qarabağ
KOMMENTLƏR
“SOBSAN” boyanın 12 milyona ehtiyacı yoxdur…- Bəs nə üçün fabrik yanğın zamanı zərəçəkənin kompensasiyasını vermir ?
"Yalandan bəhanələr gətirir..." - GİLEY
2021-ci ilin dəbdə olacaq rəngi elan edildi
Mədəniyyət İdarəsi qeyri-adi istedad “kəşf” etdi - FOTO
Tərxis olunmasına bir neçə gün qalmış şəhid olan əsgər - VİDEO
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı