Ata-oğul yavaş-yavaş gedirlər...
Azərbaycan doğrudan da möcüzələr ölkəsidir.
Rayon qəzetində korrektor işləyən bir adamın bir neçə il sonra Vergi İnspeksiyasında rəis işləməsi və bir müddət sonra ''sehrli'' yollarla icra başçısı olması heç bir sağlam məntiqə, düşüncəyə sığmır e.
Bu bilirsiniz mantyoru xəstəxanaya baş həkim qoymaq kimi bir məsələdir.
Nə isə, Rafil Hüseynov Masallıdan sonra Ağcabədiyə icra başçısı təyin olunub. Sanki karusel oyunudur.
Görəsən, buradan hansı rayona başçı gedəcək Rafil Hüseynov ?
Yoxsa, həbsxanaya dostlarının yanına gedəcək ?
Yuxarıda qeyd etdik ki, rayon qəzetində korrektor işləyən adamın icra başçısı olması möcüzədir.
Amma avtoşluq edən, qəza törədən, nəticədə adam öldürən oğulbalanın Neftçalada polis orqanlarına işə düzəlməsi dünyada görünməyən möcüzədir.
Təsəvvür edirsiniz, müvafiq təhsili olmayan, küçələrdə içkili vəziyyətdə avtoşluq edən və nəticədə bir neçə şəxsin ölümünə səbəb olan Şəhriyar Hüseynzadə bu boyda cinayətin altından “quru” çıxır. Guya sükan arxasındakı bu oğulbala deyilmiş.
Bəs kim olub sükan arxasında ?
Bəs ölən şəxslərə görə kim cavab verməlidir ?
Oğulbala icra başçısı olan atası Rafil Hüseynovun pulu ilə cinayəti ört-basdır etdirir.
Elə bilirsiniz bununla məsələ bitir ?
Üstündə bu boyda cinayət işi olan oğulbalanı “papası” Neftçala Polis Şöbəsinə işə düzəldir.
Dağıl, ay dünya. Cinayətkar, avtoş, içki düşkünü və polis şöbəsi.
Ancaq Şəhriyarın təhsili, qabiliyyəti uyğun gəlmədiyi üçün polis şöbəsində mülki işə düzəlir. Və sonra oğulbalanı Bakıya kursa göndərirlər.
Beləcə bir müddət sonra oğulbala Allah qoymasa Neftçala polis şöbəsinə “ofser”- zabit kimi qayıdır. Və Neftçala polis şöbəsində Cinayət Axtarış Bölməsində kiçik leytenant rütbəsi ilə əməliyyatçı kimi işə başlayıb.
Cinayətkar və Cinayət Axtarış bölməsinin zabiti. İroniyaya bax, ee
Nə isə, polis zabiti olan Şəhriyar Hüseynzadə nəinki köhnə vərdişlərindən əl çəkə bilmir, bu dəfə barlara, gecə klublarına “piştonla” gedir. Hər dəfə qızları oynadıb, 4-5 min pul xərcləyir. Avtosalonlara hücum edir...
Atası Masallıdan Ağcabədiyə gələn kimi, oğulbala da Neftçaladan Yasamal Polis İdarəsinə gəlir. Və paytaxt polisində çalışan oğulbala biraz da “qazlanır”, belində “mauzer” restoranlarda dolaşır, sosial şəbəkədə şəkillər paylaşır.
Bir deyən olmur ki, sən barmen deyilsən ee, polis zabitisən.
Nəhayət vətəndaşı şalvarsız aparan, təhqir edən Şəhriyar Hüseynzadəni Yasamaldan Suraxanıya gətirirlər, olur baş əməliyyat müvəkkili, polis kapitanı.
Niyə Suraxanıya ?
Çünki qaynatası Əziz Əzizov da Suraxanıya icra başçısı gəlmişdi. Deyiblər qaynatası başına ağıl qoyar.
Amma kinoda deyilən kimi “rəis alınmadı”. Beləcə, oğulbalanı Suraxanıdan da qovdular.
Yəqin ki, atasını da yaxın zamanlarda layiq olduğu yerə yola salacaqlar…
Korrektor Rafil Hüseynov necə icra başçısı oldu?- Avtoş, adam öldürən oğul necə “ofser”- polis zabiti oldu ?
16
aprel
18:41

Qarabağ
KOMMENTLƏR
Vəsf zamanı deyil, Rafil Hüseynov- İcra başçısı özünə “sevgi məktubları” yazdırır...
Vətəndaşı evindən çılpaq çıxaran polisin maraqlı HOBBİSİ
Qadın sahibkarı 10 min manata görə döydürən icra başçısı… - Rafil Hüseynov Masallıda qəbristanlığı söküb yerində obyekt tikmək istəyirmiş...
Əziz Əzizovun Neftçaladakı araq sexləri, heyvandarlıq fermaları -Əziz Əziovla Rafil Hüseynov “iş birliyi”
Vilayət Eyvazov icra başçısının oğlunu işdən ÇIXARDI - FOTO
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər