Xəzər dənizinin sahilində, Mərdəkanda(Şüvəlanda) Qoşa Qala restoranı yerləşir.
Bakıdakı digər restoranlardan fərqli olaraq  bura  orta əsrlədəki  kral saraylarını  xatırladır. 
Mərdəkan kimi yerdə  hektarlarla torpaq üzərində, Xəzərin sahilində  dəyəri bəlkə də 50-60 milyon olan  bu obyekt kimə məxsusdur ? 
Kral saraylarına  bənzəyən bu obyekti hansı pulla, hansı maaşla yaratmaq olar ? 
Təsəvvür edirsiniz, Qoşa Qala restoranının 5 giriş-çıxış qapısı var. Görəsən, 2-3 qapı  restoran sahibinə azlıq edirmi, yoxsa nəsə ehtiyyat tədbir üçün nəzərdə tutur ? 
Təkcə restoranın ərazisindəki  qiymətli ağacların, otaqlardakı çilçıraqların qiyməti neçə milyondur. 
Görəsən bu boyda möhtəşəm  restoran ayda, yaxud ildə dövlətə nə qədər vergi ödəyir ? 
Karantin, pandemiya dövründə burada bütün günü, gecə-gündüz  müştərilər gəlib gedir. 
İlkin məlumata görə, restoranı “018 Orxan” ləqəbli oğlan işlədir və restoran Orxanın atasına məxsusdur. 
Restoranda  dəyəri 3-4 manat olan məhsul 15-20 manata satılır. Müştərilər üçün isə bəzən xoşagəlməz  hal yaranır. Otağın bu başında kimsə öz ailəsi, uşağı ilə, o biri başında isə hansısa məmur balası  öz gözəlçəsi ilə. Belə hallar yolverilməzdir.
Hətta yerli sakinlərin dediyinə görə, gecələr bu məkandan elə səslər, elə əcaib gülüşlər eşidilir ki...
Qəlyan iyisi isə Şüvəlana qədər gedib çıxır.
Restoranın içərisində hətta restoran sahibinin retro avtomobillər var: 10 LL 021,  10 XX 021...
Deyilənlərə görə, restoran sahibinin böyük avtomobil kolleksiyası da var. 
Adam  fikirləşir ki,  bu boyda əmlakın dəyəri ilə vallah erməni işğalından azad olunmuş rayonlarımızı bərpa etmək olar. 
Yuxarıda qeyd etdik ki, karantin dövründə restoranda müştəri əlindən tərpənmək olmur.  Amma restoranın rəhbərliyi bir müddət əvvəl mətbuata bildirmişdi ki, restoranı dayandırmışıq. 
Bu necə dayandırmaqdır ki ? 
Axı, Prezidentin  töhmət verdiyi, İsmayıllı rayonunun gənc icra başçısı Nahid Bağırovun adı  “Qoşa Qala”  restoranı ilə hallanırdı. 
Bəli, gənc icra başçısı karantin dövründə gecə vaxtı kimlərlə “Qoşa Qala”  restoranında olmuşdu. Və buna görə də  təzə təyin olunmuş icra başçısına töhmət verildi. 
Bu gün də icra başçılarının çoxu qonaqları ilə Qoşa Qala restoranına gedirlər. 
Biz demirik ki, getməsinlər. Ancaq ölkənin ən böyük, ən bahalı restoranında nələr baş verdiyindən dövlət orqanları xəbərdar olmalıdır. 
Təkcə vergi məsələsi ilə Qoşa Qala-nın araxasından nələr çıxacağına əmin olmaq olar. 
Buyursun, İqtisadiyyat  Nazirliyi, Vergilər Xidməti.скачать dle 12.1