Şahinin qardaşı kimi bıçaqladı ?
Deməli, ötən yazılarımızda gənc vaxtlarında köhnə 408 Moskviçi ilə küçələrdə “Dəmir alıram, dəmir alıram...” qışqıran Şahinin həyat yolundan bəhs etmişdik.
Söhbət sonradan Şəkidə asfalt zavodun direktoru olan Şahin İbadovdan gedir. Yəni gənc yaşlarında metallom satan Şahin sonradan milyonçuya çevrildi.
Necə, hansı yolla ?
Öncə onu qeyd edək ki, Şahinin qardaşı Elşad İbadov Şəkidə maşınlar üçün ucuz çexol tikərmiş, böyük qardaşları Ziyanur isə Kamaz sürücüsü olub, beton daşımaqla məşğul olub.
Qardaşlar düz əməlli təhsil də almayıblar, hətta Şahin özü 8-ci sinifi bitirib, heç orta təhsil də almayıb.
Bəs onda haqlı sual ortaya çıxır: təhsil görməyən, metall qırıntısı toplayan, çexol tikən, Kamaz sürən qardaşlar necə oldu ki, mənsəb sahibi oldular ?
Deməli, rus dilində normal danışa bilməyən qardaşlardan ikisi, yəni Şahin və Elşad sonradan Rusiyanın hansısa ali məktəbindən BDU-ya “perevod” alıblar. Və BDU-nun saxta diplomu ilə karyera qurublar.
Və qardaşlardan biri çexol tikən Elşad İbadov sonradan Şəki bələdiyyəsinin sədri olub. O şəhərdəki ən yaxşı torpaqları ya baha qiymətə satıb, ya da yaxınlarının adına özəlləşdirib.
Digər qardaş Şahin İbadov isə saxta diplomunu işə salaraq “Azəravtoyol” ASC-nin nəzdində fəaliyyət göstərən Şəki rayonu 15 saylı Yol İstismar İdarəsinin rəisi olub. Beləcə qardaşların günəşi doğub.
Həmin vaxt qardaşların uğur qazanmasında qohumları, hazırda həbsdə olan Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin də rolu böyük olub.
Məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyadan bəlli olur ki, Şahin İbadov Şəkidə çalışdığı müddət ərzində adıçəkilən rayonda o yer qalmayıb ki, oranı zəbt etməsin. O Beynəlxalq Bankının sabiq rəhbəri ilə qohumluğundan istifadə edərək Şəki rayonundakı ən gəlirli müəssisələri müxtəlif yollara ucuz qiymətə özününküləşdirib. Hazırda Şahin İbadovun adıçəkilən rayonda çoxlu sayda obyekti var: “Deyilənlərə görə, Şahin İbadov 2004-2010-cu illərdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Nazim İbrahimov və sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin vasitəsilə «Promkombinat» adı ilə tanınan «Şəki Tikinti Sənayesi Malları» ASC-ni də özəllişdirib.
Bildirilir ki, o, bir müddət sonra həmin müəssisəni dəyərindən bir neçə dəfə baha qiymətə dövlətə satıb. İndi isə “Promkombinat»ın ərazisində bayraq meydanı tikilib. Buradan belə çıxır ki, Şahin İbadov dövlət müəssisəsini bir sıra yollara baş vurmaqla ucuz qiymətə özəlləşdirsə də, bir müddət sonra həmin müəssisəni əsl sahibinə, yəni dövlətə baha qiymətə satıb”.
Şahin İbadovun Şəki şəhərinin mərkəzində qiyməti 100 minlərlə ölçülən 2 kafesi var. Hələ bu, harasıdır. Bildirilir ki, Şahin İbadov Şəki şeben zavodunun, Şəki sünbül çörəyin ərazisini, Şəki diş poliklinikasını özəlləşdirib. Şahin İbadov həm də Bakıda xeyli sayda mənzillərə sahibdir. Təkcə Lider TV-nin yaxınlığında bir neçə dəbdəbəli villası, mənzilləri var. Başqaları kimi Şahin İbadovun avtomobil kolleksiyaslı da var. Hamısı da 300 minlik xarici avtomobillər. 10 AA 798 seriyalı S KLASS, 10 YY 798 seriyalı E KLASS Mercedes və s.
Bəs “Asfaltzavod”un direktoru Şəkidən niyə qaçdı, daha doğrusu şəkililər onu rayondan niyə qovdu ?
Yığdığı pulların hesabına harınlayan Şahin İbadov Şəkidə bir ailənin dağılmasına, qadının rüsvay olmasına səbəb olub. Ona görə də, qeyrətli Şəki camaatı onu Şəkidən qovub.
Əlbəttə az sonra Şahin İbadov himayədarları vasitəsilə Bakıda 1 saylı asfhalt zavodun direktoru olub. Ancaq qazandığı haram pullar Bakıda da Şahin İbadovu dinc qoymayıb.
Yenə eşqi başına vuran Şahin İbadov bakılı bir cavan qızı Şəkiyə qaçırıb.
Və qızın qohum-qardaşı Şəkiyə qızlarının arxasınca gəliblər. Aralarında dava düşüb və Şahin İbadovun KAMAZ sürən qardaşı Ziyanur qızın qardaşını yortub, yəni bıçaqlayıb.
Sonra nələr baş verib ?
Ziyanur neçə il həbsdə yatdı ?
Ziyanurun oğlu hazırda hansı vəzifədədir ?
Şahinin qızının nişanlısı 800 mini necə atdı ?
Və digər suallarla bağlı növbəti yazıda məlumat verəcəyik.
Asfalt zavodun direktoru Şahin İbadovun “eşq macəraları“- Şahin İbadovu Şəkidən niyə qovdular ?
21
aprel
16:20
Qarabağ
KOMMENTLƏR
Rusca bilməyən Şahin İbadov Rusiyadan BDU-ya necə “perevod” oldu ?- “Asfaltzavod”un direktorunu Şəkidən camaat niyə qovdu ?
“Yolçu” Şahin İbadovun əmlakının siyahısı- Cəmiyyətimizin “qızıl asfalt” əfsanəsi
18 il icra başçısı işləyən Şahin Məmmədov hansı “təriqət”in üzvüdür ?- Ağcabədidə 5 diplomat pul təklif olunan icra başçısı...
Qazi atası icra başçısından NARAZILIQ ETDİ - "...heç qəbul etməyiblər"
İlham Əliyev Şahin Mustafayevi Baş nazirin müavini təyin etdi SƏRƏNCAM
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı