Nizami rayonunun keçmiş icra başçısı Arif  Qasımovun qardaşı, Xətai rayon İcra və probasiya şöbəsinin rəisi Vüqar Qasımovun əməlləri barədə qısa olaraq ötən yazımızda məlumat vermişdik. 
Bu adam sabiq icra başçısı Arif Qasımovun qardaşıdır. Arif Qasımovun necə rüsvayçılıqla vəzifədən qovulması hamıya bəllidir. 
Təsəvvür edirsiniz, Prezidentin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva  nəcib təşəbbüslə  “Abad məhəllə” layihəsini həyata keçirir, məhəllələrdə istirahət və idman etmək üçün avadanlıqlar quraşdırır. Belə bir məhəllə Nizami rayonun ərazisində başa çatan kimi icra başçısı orada özü üçün restoran açdırıb. Adam nə qədər məsuliyyətsiz ola ki, belə bir addımı ata. Və həmin əməlinə görə də vəzifədən qovuldu. 
İndi onun əməllərini qardaşı Arif  İcra və probasiya şöbəsində davam etdirir. 
Yazı  saytımızda dərc olunandan sonra bu adamın ünvanına hansı şərhlər yazılmadl. 
Bu adamın nəinki hüquqşünas, hətta orta məktəb həcmində savadının olmaması, işdə tapılmaması, saat 12-də “obedə” gedib, saat 3-də qayıtması, 1 saat kabinetində yatandan sonra şikayətçiləri qəbul etməsi və daha nələr. 
Saatlarla kabinetində  gecə klubundakı qadınlara bənzəyənlərlə vaxt keçirən rəislə bağlı vətəndaşlar nələr yazmır. Bu adam dövlət qurumunu nə hesab edir ? 
Bu barədə Ədliyyə Nazirliyinin, Baş İcra İdarəsinin məlumatı yoxdur ? 
Axı, necə olmaya bilər ? 
Bu adam dövlət qurumunu bazara çevirib, rüşvət, süründürməçilik baş alıb gedir. 
Bəlli olur ki, Vüqar Qasımov şöbədə qoçu-xanım saxlayır, şöbənin bütün icraçıları bu xanıma hesabat verməlidir. Vətəndaşlardan rüşvəti bu xanım yığıb rəisə çatdırır. Kiminsə əmlakına həbs qoyulubsa “qoçu-xanım” onu şöbəyə dəvət edərək pul tələb edir. 

Vüqar Qasımovun əməlləri bununla bitmir. Allah qoymasa, xanım müğənnilərə “sponsorluq”  edir. Deyəsən, bu qardaşların “yemi” artıq düşüb.

Son həbslər bu məmurlara dərs olmayıb?

Qasımov !

Eyni aqibəti sən də, qardaşın Arif Qasımov da yaşaya bilərsiniz haa.
 
Müdriklər deyib ki, heç kim 2 şeydən sığortalanmayıb: ölümdən və həbsdən.скачать dle 12.1