Şəmkirin həbs edilən icra başçısı Alimpaşa Məmmədovla şərikli iş görmüş, rayondakı parkın bir hissəsini satmış sahibkar Famil Xəlilovla bağlı maraqlı məlumatlar var.
Əvvəla, xatırladaq ki, Alimpaşa Məmmədov rayon ərazisində tikinti işlərini “Park Kolizey” MTK adlı tikinti şirkətinə həvalə edirmiş. Şirkətin rəhbəri də iş adamı Famil Xəlilovdur.“Park Kolizey” MTK Şəmkirin ən görkəmli yerlərində çoxmərtəbəli yaşayış binaları üçün nəzərdə tutulmayan ərazilərdə tikintilər aparıb.
Məsələn, “20 Yanvar” abidəsinin ətrafında salınmış park sonradan hansısa yollarla çoxmərtəbəli yaşayış binasi üçün ayrılıb.
Binanın tikintisinə icazə almaq üçün MTK rəhbəri Famil Xəlilov parkın ərazisini alıb, Alimpaşa Məmmədova 1 milyon 300 min manat da pul veribmiş.
Famil Xəlilov mətbuat üçün tanış personajdır. O, həmin F.Xəlilovdur ki, “Evrostroy-S” MMC rəhbəri olub.
Sözügedən inşaat şirkətinin sən demə MTN generalı Akif Çovdarovla əlaqəsi varmış. MTK sahibi olan əslən şəmkirli Famil Xəlilov sonradan şirkətin adını dəyişərək “Sipark inşaat” qoyur.
Bir neçə il öncə Akif Çovdarov yaxın dostu olan Famil Xəlilovun sifarişiylə müğənni Şəbnəm Tovuzlunu saxlamışdı. F.Xəlilovla Ş.Tovuzlu arasında isti münasibətlər olub. Ancaq MTN-ə apardılan Şəbnəmə təzyiq göstərilməklə Familin ona verdiyi əmlaklardan, hədiyyələrdən imtina etmişdi.
Məlum olub ki, MTN-də incidilən müğənni ilə münasibətləri olmuş Famil Qoçu oğlu Xəlilov Şəmkirin Şiştəpə kəndindəndir. Bakıya bir neçə ilə əvvəl Peterburqdan gəlib.
Həmin vaxt onunla birgə Bakıya Zaur Rəfael oğlu İmamverdiyev də gəlib. Bakıda Şəbnəmin sevgilisi ilə həmin Z.İmamverdiyev digər həmyerliləri, Şəmkirin Düyərli kəndindən olan Seymur İsayevlə biznes ortaqlığına qərar veriblər.
“Evrostroy” tikinti şirkətində həmin vaxt Seymur İsayevlə Hacı Rafael Qarayev şərik olublar. Həmin Seymur İsayevlə Famil Xəlilov adı dəyişib “Sipark” ediblər.
S.İsayevin “Evrostroy” şirkətinə həmyerlilərini şərik etmək istəməsi o dövrdə R.Qarayevin ciddi narazılığı ilə qarşılanıbmış. Aralarında mübahisə yaranıb.
Kik-boks üzrə idman ustası olan R.Qarayevin şəriklikdən uzaqlaşdırmaq üçün başlanan, dava-dalaşla müşayiət olunan mübahisələr sonda “Sipark” rəhbəri S.İsayevin MTN generalı A.Çovdarova müraciəti ilə nəticələnibmiş.
Yəni, həm müğənninin sevgilisi olmuş Famil, həm onun şəriki Seymur MTN-nin odioz generalı, çoxsaylı cinayətlərin sifarişçisi, icraçısı Akif Çovdarovla vaxtilə ciddi əlaqələrə malik olublar, onun dəstəyini alıblar. Yəni Famil Şəbnəmdən, Seymur şəriklikdə Hacı Rəfaeldən ayrılmaq üçün zamanında MTN generalı Çovdarovun gücündən istifadə ediblər.
Müğənniyə isə deyiblər ki, onu MTN-dən azad edilməsini xahiş edən Seymur İsayevdir. Guya Seymur İsayev onun MTN tərəfindən həbs edilməsini mətbuatda oxuyub və azad edilməsi üçün Akif Çovdarovdan xahiş edib.
Famil Xəlilovla Seymur İsayev Akif Çovdarovun həbsindən sonra Azərbaycanı tərk ediblər. Elə ki ara sakitləşib, vətənə dönüblər.
Siparkın sahiblərindən biri Famil Xəlilov”Yeni Müsavat”a müsahibəsində bildirmişdi ki, onu MTN-ə Rafael Qarayev apartdırıb.
Sitat: “Ondan MTN-ə şikayət eləmişdilər. O da MTN-dən zəng elədi, məni çağırtdırdı. Orada məndən pul istədilər. Dedim, vermirəm. 150 min pul aldılar, bizi buraxdılar”.
Görəsən, Qarayevi və Şəbnəmi MTN-ə apartmaqda ittiham edilənlərin özü necə ora gedib, pul vermək istəmədiyi halda Rafael 150 min niyə verib?
Yeri gəlmişkən, “Sipark” şirkətinin əməlləri, evi sökülən vətəndaşları incitməsi, tikdiyi binanın illərdir təhvil verməməsi haqda dəfələrlə məlumat yayılıb. İndisə məlum olur ki, “Sipark”ın rəhbərlərindən biri olan Famil Xəlilov həm də həbs edilən icra başçısı Alimpaşa Məmmədovla şərikli işlər görüb, hətta ona rüşvət verib.
Alimpaşa Məmmədovla “Sipark” Şirkətini Nələr Bağlayır? – İLGİNC FAKTLAR
02
may
16:05
Qarabağ
KOMMENTLƏR
“Şəmkir işi”ndə Rövşən Əkbərovun da adı keçir
Şəmkirdə Mahir Əliyev başçının "qara kassası" olub?
"Şəmkir işi"ndə adı hallanan Famil Xəlilovu tanınmış müğənnilərlə nə bağlayır?
Həbs olunan icra başçısı park ərazisini 1,3 milyona şirkətə satıb
Alimpaşa Məmmədovun satdığı park ərazisində tikilən binalar budur - FOTO
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı