Abşeron rayonu, xüsusilə rayonun inzibati mərkəzi olan Xırdalan şəhəri sözün həqiqi mənasında “tikinti meydançası”nı xatırladır.
Qanuni, qanunsuz kimin imkanı varsa şəhəri sökür. Kimlərsə buna abadlıq, quruculuq, tikinti-zad deyə bilər. Amma..
Amması odur ki, şəhərin nəinki baş planından, heç ayaq planından da danışmaq gülüncdür.
Belə abadlıq, tikinti olmaz. Bunu əsl adı söküntüdür.
Şəhəri sökənlərdən biri də Rövşən adlı şəxsdir. Bu adam “AAAF Park” yaşayış kompleksinin yanında tikdiyi 600 kv.m sahəsi olan binanı 10 illik müqavilə əsasında Baku Electronics şirkətinə icarəyə verib. Verməyinə etiraz etmirik. Bəs bu bina hansı qanuni sənədlər əsasında tikilib ?
Həmən binanın tikintisi üçün neçə ağac kəsilib, yaşıllıqlar məhv edilib ?
Həmən bina inşa olunanda layihədən nə qədər kənara çıxılıb, nə qədər torpaq qanunsuz zəbt olunub ?
Bu sualları Rövşənə nə üçün müvafiq dövlət qurumları vermir ?
Bu adam Xırdalan sakinlərini sözün həqiqi mənasında bezdirib.
Harada 5-10 metr boş yer görən kimi pulunu müəyyən şəxslərə ötürüb , həmən yeri zəbt eləyir və qanunsuz tikintiyə başlayır.
Bu adamın əlindən sakinlər qışda palçıqdan, yayda toz-topaqdan bezib. Adam nə qədər qeyri-qanuni tikinti aparar ?
Görəsən, bütün bu işləri görən, az qala “kirayə obyektlər bosu” olan Rövşən nə qədər vergi ödəyir ?
Niyə müvafiq orqanlar maraqlanmır ?
Bu adamın nə qədər apteki, dönərxanası, avtoservisi olar ?
Biz kiminsə obyektinə paxıllıq edəsi deyilik, həm də ölkəmizdə azad sahibkarlıq mühiti var. Amma sən tikdiyin obyekt qanunsuzdursa, ağacları, yaşıllıqları məhv edib yerində obyekt tikirsənsə, biz sənə qarşıyıq. Anla, bunu.
Ulu Öndərimiz deyirdi ki, bu ağacları kəsənlər elə bil mənim balamın başını kəsib.
Başa düşürsənmi, adam ?
Özün də hiss edirsən ki, dövran dəyişib, səni istintaqa çağıracaqlar, başını kəsdiyin ağaclara görə cavab verəcəksən, qanunsuz obyektlərin söküləcək ...
Sənin obyektlərinin əlindən camaat ayaq basmağa yer tapa bilmir.
AAAF Parkın yanında 2 evi kirayə vermisən, parkın girişində DÖNƏRİN, MİSİR parkının yanında GƏNCƏ TƏNDİR-in.
Bunlardan əlavə İnşaatçılar metrosunun üstündə tikdiyin binanı Bank Respublikaya icarəyə vermisən.
Hazırda AAAF parkdan aşağıda “ 120 “ deylən ərazidə böyük bir obyekt tikirsən.
Tikinti briqadirin Etibara pul verərək onun əli ilə bütün boş torpaqları qanunsuz zəbt edirsən. Əlbəttə, Etibar bu məsələdə Abşeron icra hakimiyyətində işləyən qardaşı Natiqin səlahiyyətindən istifadə edir.
Məsələ təkcə Natiqlə bağlı deyil. Neçə illər Abşeron rayon icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyevlə, icra başçısının bacısı oğlu Babək Zalovla şərikli işləmisiniz, onların əli ilə Abşeronu zəbt eləmisən.
İndi hər iki şəxs həbsdədir. Yəqin ki, səni də çağıracaqlar.
Və qulağında sırğa elə, bir gün Xırdalan sakinləri sənin əlindən etiraz aksiyası keçirib, səni tələb edəcəklər. Demə ki, demədik...
Xırdalanı “metr-metr” satın alan Rövşən...- Bir gün Xırdalan sakinləri aksiya keçirib səni tələb edəcəklər...
16
may
11:37
Qarabağ
KOMMENTLƏR
“Şəmkir işi”ndə Rövşən Əkbərovun da adı keçir
Alimpaşa Məmmədovun satdığı park ərazisində tikilən binalar budur - FOTO
“AAAF Park”da OĞURLUQ
Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
Evlərini təhvil ala bilməyən vətəndaşlar AAAF PARK-dan şikayətçidirlər - VİDEO
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı