Ermənilər işğal altındakı  meşələrimizi  məhv  etmişdi...
Bəs siz niyə məhv edirsiniz, cənab İqbal  Əliyev(lər) ? 


İqbal Əliyev meşəbəyilərin maaşını  mənimsəyir... 

Tez-tez  deyirik ki, ermənilər işğal olunmuş 20 faiz ərazimizdəki meşələrimizi məhv edib. Hətta xüsusi olaraq vurğulayırıq ki, erməni vandalları Zəngilandakı qədim çinar meşələrini məhv edib. Bunu haradasa başa düşmək olar. Çünki söhbət düşmən olan ermənidən gedir. 
Bəs, yaxşı,  işğal altında olmayan meşələrimizi, yaşıllıqları KİMLƏR məhv edir ? 
Ermənini başa düşdük, bəs siz kimsiniz, cənab İqbal Əliev(lər)? 
Söhbət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin müdiri İqbal Əliyevdən gedir. 
Axı, hər dəfə qeyd edirik ki, qonşu  dövlətlərlə  müqayisədə Azərbaycanda meşə əraziləri  çox azdır. Ona görə də bir cəmiyyət olaraq  meşələrin qorunmasına daha diqqətli olmalıyıq. 
Çox təəssüf ki, meşələrin qorunmasına və inkişafına məsul olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi  üzərinə düşən işi yerinə yetirmir. 
Bir neçə rayonu əhatə edən Mərkəzin rəhbəri İqbal Əliyev üçün meşələr  donuzlar üçün örüşdür. 
Bəli, İqbal müəllim meşəyə də, donuza da pul kimi, gəlir kimi baxır. Onun üçün fərqi yoxdur, əsas odur ki, pul gəlsin. 
İqbal Əliyev meşələri  fermerlərin örüş yerinə çevirib. Bu adam anlamır ki, meşə örüş yeri deyil. 
Nazirlər Kabinetinin sənədlərində örüş yeri ayrıca göstərilir. 
Digər tərəfdən bütün dünyada, o cümlədən qonşu Rusiyada mebel istehsalı  və tikinti məqsədilə meşələrdə sahə ayrılır. Amma bizim  meşə sahələri  çox azdır. Ona görə də biz diqqətli olmalıyıq. 
Sonra yay ayları olan kimi İqbal Əliyev meşə sahələrində içtimai-iaşə obyektləri üçün  yerlər ayırır və hər birindən yay mövsümü üçün  böyük məbləğdə pul alır. Yəni yay mövsümü İqbal Əliyev üçün əməlli-başlı qazanc mənbəyidir. 
Hələ meşələrdəki ağaclar bir çox iş adamları üçün mebel, taxta yeşik istehsalı üçün material olub. 
Bütün bunların əvəzində İqbal Əliyev milyonlar qazanıb. 
Hərdən yazırlar ki, icra başçıları kommunal sahədə çalışanların maaş kartlarını ciblərində gəzdirir. 
Eyni hal ekonazirlikdə də baş verir. 
İqbal Əliyev meşə gözətçilərinin, təsərrüfat işçilərinin maaşlarını da mənimsəyir.
Bütün bunlar azmış kimi, İqbal Əliyev  Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU-da)  müəllim kimi çalışaraq  müftə maaş alır. 
Bəli, İqbal Əliyev bir gün də  ADAU-da olmayıb. Hətta onu tələbələri tanımır. Amma maaş  siyahısına imza atır. Maaşı kim alır, o başqa məsələ. 
Yəni bu adamın  bütün həyatı saxtakarlıq üzərində qurulub. 
 İqbal Əliyev ən imkanlı, vəzifəli adamların  tikintisi üçün meşə materialları göndərir. 

Deməli, onun barəsində mətbuatda gedən yazılara etiraz olaraq İqbal Əliyev deyib ki, görəsən media niyə ancaq məndən yazır, niyə cənab nazir Muxtar Babyevin nazirlikdə işləyən savadsız qohumlarından yazmır?
Darıxma, İqbal Əliyev, növbəti yazıda Muxtar Babayevin nazirlikdə çalışan qohum-əqrəbasından bəhs edəcəyik.скачать dle 12.1