“Tac-1”in sahibi Şəhərsalma və Arxitektura Komitəsinin binası qarşısında niyə 3 milyon 300 min dəfə təzim etdi ?
Azərbaycanda tikinti bumu özü ilə bərabər ciddi problemlər də gətirdi. Tikinti şirkətlərinin bir mənzili bir neçə nəfərə satması, mənzillərin vaxtında təhvil verilməməsi, təmirin keyfiyyətsiz olması, mənzillərin dəyərinin şirkətə nəqd ödənilməsi, vergidən külli miqdarda yayınma və digər hallar az qala adi hal alıb.
Məhz ona görə də bu gün məhkəmələrdə vətəndaşlarla tikinti şirkətləri arasında yüzlərlə məhkəmə işi var.
Belə tikinti şirkətlərindən biri də “Tac-1 Residence” MMC-dir.
Bakının bir çox rayonlarında əsasən 21 mərtəbəli yaşayış binaları inşa edən “Tac-1” MMC vətəndaşları narazı salır.
Hətta bu məsələ ilə bağlı vətəndaş şirkəti cavabdeh qismində Binəqədi rayon məhkəməsinə verib.
Məhkəmələrimizdə ki, Allah göstərməsin, molla aşı görəndə Quran yadından çıxan kimi, nə isə görəndə hər şey yadlarından çıxır.
Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl “Tac-1” MMC-nin inşa etdiyi 21 mərtəbəli binanın 6-cı mərtəbəsində tikinti uzun müddət dayandı. Məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müəyyən səbəblərdən tikintini dayandırmışdı.
Sonradan tərəflər arasında razılıq əldə olundu, daha doğrusu, şirkətin sahibi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin binasının qarşısında 3 milyon 300 min dəfə əyilib-qalxandan sonra tikintiyə icazə verildi.
Hazırda tikinti davam edir.
Növbəti yazımızda binanın qarşısında əyilib-qaxmanın detalları barədə geniş yazı dərc edəcəyik. /Gundelik-baku.com/
“Tac-1” MMC-nin tikdiyi 21 mərtəbəli binanı 6-cı mərtəbədə Arxitektura Komitəsi niyə dayandırdı ?
22
iyun
18:42
Qarabağ
KOMMENTLƏR
İki qurumdan Xırdalandakı qanunsuz tikinti ilə bağlı AÇIQLAMA - SÖKÜLƏCƏK
"İcra başçısı özünü qanundan üstün sayır"- Nəsimidə gecə ilə evləri sökən qoçular - Videoreportaj
Evlərini təhvil ala bilməyən vətəndaşlar AAAF PARK-dan şikayətçidirlər - VİDEO
Qalmaqallı şəxsin obyekti istismara qəbul edilmədən Klinika kimi necə işləyib? - Sənəd
“Şəmkir işi”ndə Rövşən Əkbərovun da adı keçir
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı