Etibar Pirverdiyev 100 milyonları haradan qazanıb ?
Ulu Öndər Heydər Əliyev deyirdi ki, dövlət iki şeydən sarsılır: “ Günahkar cəzasız qalanda və günahsız cəza alanda”.
Bu müdrik məsəli nə üçün xatırladıq.
Hamıya bəllidir ki, Mingəçevir İES-də baş verən qəza nəticəsində Azərbaycan iqtisadiyyatına 500 milyon, yəni yarım MİLYARD ziyan dəymişdi.
Ancaq “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev vəzifədən getməklə canını qurtara bildi. Və bugünədək Pirverdiyev cəzasız qalıb.
Bu cəmiyyətdə xeyli suallar doğurur.
Axı, necə ola bilər ki, dövlətin milyardlarını mənimsəyib böyük qəzaya səbəb olan, ölkəni zülmətə qərq edən şəxs heç nə olmamış kimi bu gün qollarını sallayıb arın-arxayın gəzir.
Nəinki arxayın gəzir, hətta bu yaxınlarda Xaçmazda ona məxsus torpaq sahəsini 1.6 milyona satıb.
Görəsən ona deyən oldumu ki, ay adam, gətir dövlətə vurduğun ziyanın 1 faizini deyil ee, 0, 3 faizini ( 500 milyonun 1 faizi 5 milyon, 1.6 milyon isə 0,3 faiz ) qaytar. Yox, deyən olmadı.
Guya Etibar Pirverdiyevə deyən var ki, qızın Dünya Pirverdiyevanın Londondakı şirkətləri milyonları haradan qazanıb ?
Yeri gəlmişkən, Dünya Pirverdiyeva keçmiş rabitə naziri Əli Abbasovun gəlinidir.
Əli Abbasovun oğlu Eldar Abbasov və həyat yoldaşı Dünya xanım Londonda bir neçə şirkətə sahibdirlər.
Ünvanları da budur :
INFIPRO LIMITED şirkəti hələ ötən il aprelin 21-də Londonda qeydiyyatdan keçirilib və 10735266 saylı lisenziya alıb.
Rəsmi qeydiyyat ünvanı kimi Eldar Abbasova məxsus BİTTOP şirkətinin adresi göstərilib: 40 Bloomsbury Way, London, United Kingdom, WC1A 2SE.
Bəli, iki oliqarx məmurun Azərbaycan xalqından oğurladıqları milyonlar xarici banklarda fırlanır.
Etibar Pirverdiyev energetik olmaqla yanaşı, həm də bankirdir, bank sahibidir.
Son məlumatlara görə, cənab Etibar Pirverdiyev ona məxsus Ekspress bankı satmağa hazırlaşır.
Görəsən, 10 il əvvəl Belorusiyada kartof, soğan satan Etibar Pirverdiyevin ağlına gələrdimi, nə vaxtsa bank sahibi olacaq.
Azərbaycan xalqınınn pullarının hesabına Etibar Pirverdiyev təkcə bank sahibi deyil. Adamın dəvə fermaları, 100 hektarlarla fındıq bağları, Xudatda, Şabranda bazarları və daha nələri.
Əgər sadə bir yoxlama aparılsa, Etibar Pirverdiyevin Bayraq meydanı tikintisində dövlətin milyonlarını taladığı üzə çıxacaq.
Yəqin ki, bir gün bu məmləkətdə bir ədalət məhkəməsi qurulacaq. Və o zaman Etibar Pirverdiyev kimilər mütləq xalq və qanun qarşısında cavab verəcəklər. /Gundelik-baku.com/
Əli Abbasovun qudası Etibar Pirverdiyevin həbsi gözlənilir...- Dünya Pirverdiyeva və Eldar Abbasovun Londondakı şirkətləri ...
15
iyul
10:25
Qarabağ
KOMMENTLƏR
Etibar Pirverdiyevin HƏBSİ an məsələsidir...- O ölkədən qaçmağa hazırlaşır ?
“Azenerji”nin keçmiş prezidenti Etibar Pirverdiyev Ekspress bankını niyə satır ?- Azərbaycan xalqına dəymiş 500 MİLYON manatı kim ödəyəcək ?
Etibar Pirverdiyevin HƏBSİ qaçılmazdır... - “Azərenerji”nin keçmiş prezidenti ÖLKƏDƏN QAÇMAĞA HAZIRLAŞIR ?
Etibar Pirverdiyevin həbsinə hazırlıq gedir – Bu, iki səbəbə görə baş verəcək…
Etibar Pirverdiyev ARADAN ÇIXIR? - Əlindəkiləri xırıd etməyə başlayıb...
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı