Fərman Ceyranova məxsus “Lancet” klinikasını Nizam Osmanovun dostu Çingiz Əlləzov işlədir..
Ötən yazımızda 2014 - 2020-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini- Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, 2021-ci ildən isə müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olan general-leytenant Nizam Osmanovun əsgər və zabitlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlətin ayırdığı vəsaiti mənimsəməsi, mənzil bölgüsünü ŞƏXSİ BİZNESİNƏ çevirməsindən bəhs etmişdik.
Qısaca xatırlatma üçün onu bildirək ki, Nizam Osmanov özünün “mənzil şəbəkəsi”, Mənzil-İstismar Hissələri - “JEK” rəisləri vasitəsilə mənzilləri satır.
Bu işdə Nizam Osmanovun tapşırıqlarını yerinə yetirən isə Nüsrəddin-Elmar cütlüyüdür. Və mənzil alverindən gələn gəlir-haqq-hesab Nizam Osmanovun 3-cü mikrorayon yaxınlığındakı kafesində cənab generala çatdırılır.
Məqalənin dərcindən sonra Gundelik-Bakıya Nizam Osmanovun əməlləri ilə bağlı yeni məlumatlar daxil olub.
Daxil olan məlumatlardan bəlli olur ki, Nizam Osmanovun əməlləri təkcə “mənzil biznesi” ilə bağlı deyilmiş.
Yəni Nizam Osmanovun biznes dairəsi daha genişdir və bildirilir ki, bu işdə onun əməlli-başlı “komandası” var.
Birincisi, Nizam Osmanovdan soruşan lazımdır ki, dövlətdən konkret maaş aldığın halda Bərdədə hospitalın yanındakı Qonaq evini və hektarlarla münbit torpaq sahəsini, gölü necə və hansı pulla özəlləşdirmisən ?
Göldə yetişdirdiyin qızıl balıqlar hansı pulladır ? Generalın hərbçiyə, general adına yaraşmayan həyat tərzi, xobbiləri isə çox utanc gətirən başqa bir yazının mövzusudur.
Hətta verilən məlumatda o da bildirilir ki, generalın həyat yoldaşı və oğlu Qonaq evinə gəlir və onu orada xoşagəlməz vəziyyətdə görürlər. Sonra general 1 ay qospitalda yataraq müalicə olunur. Bu hadisə sabiq nazir Səfər Əbiyevin dönəmində olub.
Ümumiyyətlə, Nizam Osmanovun hərəkətləri heç bir milli-mənəvi dəyərlərə sığmır.
Bu adam sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıqova xoş gəlsin deyə, doğma dilimizdə, Azərbaycan dilində danışan zabitləri ələ salır, lağ edirmiş.
Nizam Osmanov hətta Müdafiə Nazirliyi sistemində özü üçün əməlli-başlı ailə-dost-tanış kantoru yaradıb.
Xeyli vəzifələrə öz qohumlarını, dostlarını qoyub.
Onlardan biri də Nizam Osmanovun dostu, sinif yoldaşı 57 yaşlı polkovnik Çingiz Əlləzovdur.
Söhbət Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin rəisi, tibb polkovniki Çingiz Əlləzovdan gedir.
Məlumat üçün onu da qeyd edək ki, Çingiz Əlləzovun adı dövlət əleyhinə çıxan və hazırda həbsdə olan cərrah Fərman Ceyranovla birgə hallanır.
Yeri gəlmişkən, sabiq səhiyyə naziri Əli İnsanovun sevimlisi olan Fərman Ceyranov qanunsuz orqan köçürməsinə görə, 2018-ci ildə Gürcüstanda həbs olunub.
Fərman Ceyranov Əli İnsanovun nazir olduğu dönəmdə Səhiyyə Nazirliyində Elm İdarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. Eyni zamanda, Səhiyyə Nazirliyinin baş cərrahı olub.
Fərman Ceyranov öz müraciətində açıq bildirir ki, məni siyasi sifarişlə həbs ediblər.
Bu gün Fərman Ceyranova məxsus “Lancet” klinikasını Nizam Osmanovun dostu Çingiz Əlləzov işlədir.
İndi özünüz təsəvvür edin: Əli İnsanov- Fərman Ceyranov-Nizam Osmanov və Çingiz Əlləzov...
Hələ bu harasıdır...
Bu şəbəkənin başqa bir üzvü isə general-mayor Qədir Nəsibovdur.
Söhbət Nizam Osmanovun müavini, Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin müavini – MTT qərargahının rəisi general-mayor Qədir Nəsibovdan gedir. Bu adamın əlində hərbi hissələrin silah-sursat, ərzaq, əşya və əmlak təchizatı, eləcə də şəxsi heyətin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması cəmləşib.
Bu adamın ləqəbi “Xınalı-laklı” Qədirdir. Bu adam Nəcməddin Sadıqovun keçmiş sürücüsü olub, rütbəsi gizir olub, sonradan general rütbəsinə yüksəlib.
Bu adamın Gəncədə bahalı mənzilləri, “Şüşəli bazar”ın arxasındakı binada 4 otaqlı mənzili, Badamdarda 12 sot torpaq sahəsi və daha nələri ...
Qədir Nəsibov barəsində, onun həyat tərzi “MAXE” qızlarla dostluğu barədə geniş yazı hazırladığımız üçün çox mətləblərə toxunmuruq.
Bu şəbəkənin daha bir üzvü isə polkovnik Sarı Xəlilovdur. Nizam Osmanov dostu və kəndçisi olan bu adamı təqaüddən geri çağıraraq TTM-ə rəis qoyub.
Sarı Xəlilov həmişə Nizamın “sobutılmiki” olub, indi isə cənab nazirə tərif deyir. Hansı ki, Xəlilov-Əlləzov cütlüyü həmişə tədbirlərdə gələcək müdafiə naziri Nizam Osmanovun sağlığına badə qaldırırdılar.
Yeri gəlmişkən, Nizam Osmanovun Rusiyada yaxşı dostları var və tez-tez görüşürlər.
P.S Növbəti yazıda Nizam Osmanovun oğlunun Türkiyə Hərbi okulundan Gülhanəyə, oradan da Tibb Universitetinə necə transfer olunması və Bakıdan Hollandiyaya köçməsi və 3 mkr bazarının yanındakı restoranda aparılan gizli görüşlərdən və Vəfa Şərifovanın nazirlikdəki xüsusi hörmətindən bəhs edəcəyik. Bizi izləyin. /Gundelik-baku.com/
Əli İnsanov-Fərman Ceyranov- Nizam Osmanov və Çingiz Əlləzov şəbəkəsi…-Nəcməddin Sadıqovun keçmiş gizir sürücüsü Qədir Nəsibov necə general oldu ?
19
oktyabr
14:11
Qarabağ
KOMMENTLƏR
General Nizam Osmanovun mənzil biznesi…- MN-nin mənzil bölgüsündə baş verənlər Müzəffər Ordumuza yaraşan hal deyil…
Müdafiə Nazirliyində mənzil bölgüsü, yoxsa haqq-hesab ?- Nizam Osmanovun dəstəsinin mənzil biznesi
Kəlbəcərdə çörək sexinin açılışı oldu - FOTO
Zakir Həsənov generalı vəzifəsindən azad etdi
Ermənistanda hərbi çevriliş, bütün ordu hərəkətə keçdi – SON DƏQİQƏ
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı