Bu adam “ABC-Telecom” MMC-nin Baş direktoru olanda nələr baş verib ?
“Kontakt Home” Çin məhsullarını Almaniya adı ilə müştərilərə satır..
“Kontakt Home” şirkətinin sahibi, millət vəkili Elnur Allahverdiyev barəsində ökə mətbuatında o qədər yazılıb ki, yeni nəsə tapmaq üçün xeyli axtarmalı olduq.
Və bəlli oldu ki, bu adamın hüquq təhsili var.
Deməli, Elnur Allahverdiyevin az-çox savadı olsaydı, niyə özünü “kolxoz”çu kimi aparırdı, normal bir təhsili olardı dəə…
Qoy bizdən heç kim inciməsin, Elnur Allahverdiyevin təhsili ilə ancaq onun gördüyü işləri görmək olar.
Bəs bu “yurist” necə oldu ki, millət vəkili, şirkət rəhbəri oldu ?
Onu da qeyd edək ki, Elnur Allahverdiyev “ Kontakt Home” şirkətinin rəhbəri olmazdan öncə 2001-ci ildən 2020-ci ilə qədər “ABC-Telecom” MMC-nin Baş direktoru olub.
Deməli, Elnur Allahverdiyev parta arxasından duran kimi Baş direktor olub.
Bu bilirsiniz nə deməkdir ?
Milyonları idarə etmək…
Elnur Allahverdiyevin nəzərinə bircə məsələni çatdıraq.
Bəlkə, 20 il çalışdığın, Baş direktoru olduğun “ABC-Telecom” MMC-nin əməllərini açaq qoyaq ortaya ?
Neçə yüz min, neçə milyon kontur satışını hesabatlardan gizlətmisiniz ?
Gəncə şəhərində neçə diller dükanınız işləyirdi ?
Onların satdığı telefonlar və konturlar niyə uçotdan gizlədilirdi ?
Bu illər ərzində nə qədər vergidən yayınmısınız ?
İndi isə keçək, Elnur Allahverdiyevin konsul olmaq məsələsinə…
Görəsən bu adam hansı yolla xarici dövlətin- Sloveniyanın Azərbaycanda Fəxri Konsulu ola bildi ?
Deməli, bu adam ölkəmizdə Sloveniya dövlətinin maraqlarını qoruyurdu. Və…
Xarici dövlətin maraqlarının təmsilçisi günün birində Azərbaycanda deputatlığa namizəd oldu. Bu nonsensdir.
Və savadsız Elnur Allahverdiyevə bunu başa salanda təcili köhnə tarixə Konsul vəzifəsindən getdi.
Və hansı yollasa deputat oldu.
Bunu da yazaq keçmişin ayağına…
“Kontakt Home” şirkətinin keyfiyyətsiz Çin məhsullarını Almaniya adı ilə müştərilərə satmasını da bir yerə yazaq dəə…
Ancaq elə məsələ var ki, onu heç hara yazmaq olmur…
Söhbət şəhid ailəsinə, daha doğrusu şəhid əsgərimizə məxsus və kreditə götürülmüş yataq dəstinin gəlib evdən aparılmasından gedir.
Bəli, bu rüsvayçılığı “Kontakt Home” şirkəti edib.
Bax, bu ləkəni alnından silə bilməyəcəksən, cənab konsul-millət vəkili Elnur Allahverdiyev. /Gundelik-baku.com/
Deputat Elnur Allahverdiyevin KONTAKT HOME OYUNU…- ŞƏHİD AİLƏSİNƏ HÖRMƏTSİZLİK,QAZİLƏRƏ SAYĞISIZLIQ VƏ….
25
noyabr
18:45
Qarabağ
KOMMENTLƏR
“Kontakt Home”un sahibi deputat Elnur Allahverdiyevin bahalı saatları - ŞOK QİYMƏTLƏR (FOTOLAR)
“Kontakt Home”un sahibi Elnur Allahverdiyev kimdir?-''KONTAKT HOME''dan bitməyən ŞİKAYƏTLƏR......
Qılınc Qurban deputat Elnur Allahverdiyevə nə edərdi ?- Deputatın “Kontak Home” şirkəti müştərilərə problem yaradır…
Deputatın şirkəti XALQA QARŞI... - 29 iş qaldırılıb, davamı da gəlir...
Kontakt Home şəhidin yataq çarpayısını müsadirə etdi...- Bunu nə xalq, nə Allah, nə də Prezident bağışlamayacaq
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı