Səhiyyə naziri olmaq istəyən deputat-doktor Rəşad Mahmudov niyə hərbi xidmətdə olmayıb ?
Vətənə xidmət etməyən Rəşad Mahmudov necə NAZİR ola bilər ?
Dünyada koronavirus pandemiyasının tüğyan elədiyi, virusun milyonların canını aldığı dönəmdə görək ölkə səhiyyəsinin durumu necədir ?
İlk öncə ondan başlayaq ki, Azərbaycanda səhiyyə sahəsinə iki qurum nəzarət edir:
Birinci, Səhiyyə Naziriliyi,
İkincisi, TƏBİB, yəni “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”.
Yəni bir dövlətin və millətin səhiyyəsinə bu iki qurum nəzarət edir və İKİSİ də BAŞSIZ qalıb.
Bəli, sabiq səhiyyə naziri Oqtay Şirəliyevdən sonra 9-cu aydır ki, nazir postu BAŞSIZDIR.
Düzdür, nazir postu müvəqqəti olaraq Teymur Musayevə həvalə olunub.
Müvəqqətinin nə olduğunu isə izah etməyə ehtiyac yoxdur...
O ki qaldı səhiyyə sahəsində ikinci mühüm qurum olan TƏBİB-ə...
Məlumdur ki, TƏBİB-in sabiq rəhbəri Ramin Bayramlının istefasından sonra bu qurum da BAŞSIZ qalıb, yəni TƏBİB də BAŞSIZ-dır..
Düzdür, TƏBİB-ə də müvəqqəti olaraq Zaur Əliyev rəhbərlik edir...
Ona görə də BAŞSIZ qalan səhiyyəmiz uğrunda əməlli-başlı mübarizə gedir.
Mübarizə aparanlar arasında ən çox İcbari Tibbi Sığorta Agentliyinin rəhbəri Zaur Əliyevin və deputat-həkim Rəşad Mahmudovun adı hallanır.
İlk öncə onu qeyd edək ki, Zaur Əliyev neçə ildir ki, ona göstərilən etimadı doğrultmadı. Nəinki, icbari tibbi sığortanı təşkil edə bilmədi, hətta ömürlük xəstələrə dövlət tərəfindən ayrılan dərmanları sataraq cibinə qoydu. Yəni dövlətin ümidinə qalan xəstələri talehin ümidinə buraxdı.
İndi Zaur Əliyev deputat-doktor-namizəd Rəşad Mahmudovla kəllə-kəllyə gəlib.
Bəs nazir olmaq eşqinə düşən deputat Rəşad Mahmudov kimdir ?
Deputat Rəşad Mahmudovun adı gələndə yada onun bir gülməli diaqnozu düşür.
Belə ki, doktor Rəşad Mahmudov Azərbaycanda bir uşağın əməliyyatına görə, 9 min pul alaraq uşağı bayıra atıb və sonda Rəşad Mahmudovun qoyduğu diaqnozlara Türkiyədə həkimlər gülməkdən bayılıblar.
Türkiyəli həkimlər deyib ki, bu zavallı uşağa bu diaqnozu hansı çoban qoyub ?
Nazir olmaq istəyən doktoru-deputatı tanımayanlar üçün qısaca məlumat verək.
Rəşad Mahmudov 18 yanvar 1974-cü ildə Astara rayonunda anadan olmuşdur. Və 1991-1997-ci illərdə Türkiyədə 9 Eylül Universiteti, Tibb fakültəsində ali təhsil almışdır.
1997-2003-cü illərdə Türkiyədə ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında təhsil almışdır.
2006-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən namizədlik dissertasiyası müdafiə edərək, Tibb elmləri namizədi alimlik dərəcəsi almışdır.
2007-2015-cı illərdə Ali Attestasiya Komisiyası tərəfindən doktorluq dissertasiyası müdafiə edərək Tibb üzrə Elmlər Doktoru alimlik dərəcəsi almışdır.
Buradək hər şey yaxşı, hər şey gözəl. Amma...
Əmması odur ki, nazir olmaq istəyən Azərbaycan vətəndaşı Rəşad Mahmudov heç vətən qarşısında hərbi borcunu yerinə yetirməyib, yəni əsgəri xidmətdə olmayıb.
Bu barədə suala Rəşad Mahmudov o qədər uzun, mənasız cavab verir ki, adamın utanmaqdan başqa çarəsi qalmır.
Sənə konkret sual verilib, konkret cavab ver də. Denən, bəli, əsgəri xidmətdə olmamışam.
Bəs, onda səndən necə nazir olar, cənab deputat Rəşad Mahmudov ?
P.S Növbəti araşdırmamız Vüqar Qurbanovla bağlı olacaq. /Gundelik-baku.com/
BAŞSIZ Səhiyyə Nazirliyi və BAŞSIZ TƏBİB uğrunda dava qızışır…- Rəşad Mahmudovla Zaur Əliyev arasında SAVAŞ…
27
noyabr
10:37
Qarabağ
KOMMENTLƏR
Səhiyyə naziri olmaq uğrunda SAVAŞ- Zaur Əliyev,Rəşad Mahmudov və Ramin Bayramlının MÜBARİZƏSİ…
“Baş”sız səhiyyəmizin təzə “baş”ı peyda olub…- Həkim-deputat Rəşad Mahmudovun NAZİR olma eşqi...
Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi arasında səlahiyyət davası gedir… - Arada isə insanlar ölür və dövlətə inam sarsılır…
TƏBİB və İcbari Tibbi Sığorta ləğv olunsun - Deputatdan təklif
TƏBİB-də struktur dəyişikliyi: Bu vəzifə ləğv edildi
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı