Məlumdur ki, dünyanın bir çox ölkələrində ən ciddi ictimai-siyasi proseslər  bəzən adi bir “qığılcım”dan baş verir. 
Görəsən  düz 20 il  (25 aprel 2000-  01 may 2020 –ci illər ) Azərbaycan Respublikasının Baş prokuroru olan Zakir Qaralov bu adi həqiqəti  başa düşmür ?
Yoxsa, başa düşə-düşə, məqsədli şəkildə bu olaylara gedirlər ?
Söhbət  sabiq Baş prokuror Zakir Qaralova yaxın olan 1985-ci il təvəllüdlü Samid Bağırovun xalqı, kasıb təbəqəni ən aşağı ifadələrlə təhqir etməsindən və bunun sosial şəbəkələrdə  yayılmasından gedir. 
Bəli, Zakir Qaralovun yaxın adamı dəyəri 100 minlərlə ölçülən   “Gelandewagen” markalı avtomobili sürətlə idarə edərək qarşısına çıxan kasıb, imkansız adamlara qışqırır:
Çəkilin...yetim kasıblar...bədbaxtlar... zavtrak eləməyib obeddə  duran  adamlar...dağılışın...
Bəli, cənab Zakir Qaralovun qohumu, az qala avtomobili kasıbların üzərinə sürür, onları təhqir edir. 
Mediada yayılan məlumatlardan bəlli olub ki, avtomobili  sürən  Samid Bağırov Zakir Qaralovun yaxını, daha dəqiq desək, “pulyığanı”  olub. Samid Bağırov  hazırda da həmin isti münasibətlərini davam etdirir. 
Bəlkə, Zakir Qaralov  bunun inkar edəcək ?
Bəs buna nə deyirsən, cənab Zakir Qaralov. 
Belə ki, 37 yaşlı sürücü, uzun illər  “Akkord” Şirkətlər Qrupunun xəzinadarı olub. Və milyonlara sahibdir. 
Hə, bu  xəzinədar-sürücü  Zakir Qaralovla birgə  “Akkord”dan milyonlar mənimsəyib və bu gün harınlayıb. 
Görəsən, Zakir Qaralov  mənimsədiyi  600-700 milyon, az qala 1 milyarda yaxın pulu niyə qaytarmır ?
Görəsən, Zakir Qaralov başa düşürmü onun “Akkord” şirkətinə görə, bu yaxınlarda  bir neçə dövlət ölkəmizə  etiraz bildirib. 
Bəli, 1 ay əvvəl  Zakir Qaralovun sayəsində “Akkord”dan pulunu  ala bilməyən Qazaxıstan tərəfi konkret olaraq Azərbaycan hakimiyyətinə müraciət elədi. 
Zakir Qaralov,  ölkələrlə münasibətimizi korlayırsan, yaxınların ölkənin kasıb təbəqəsini söyür, təhqir edir...
İcazə ver düşünək ki,  bütün bunlar məqsədli şəkildə edilir...
Sən onsuz da ölkənin hüquq sisteminə elə bir zərbə vurmusan ki, bu uzun müddət davam edəcək. 
İndi də  xalqı qıcıqlandırırsan...
Axı, yazının girişində qeyd etdik ki, bəzən adi bir qığılcım idarəolunmaz hala gəlir. 
Baş düşdünmü, Zakir Qaralov ?
P.S Bir zaman aparatda Mədətlə birgə Ramiz Mehdiyevin otağından çıxanda sənə nələr deyildiyini xatırla. /Gundelik-baku.com/скачать dle 12.1