Baş bankirin bibisi oğlu və şəriki Talıb milyonları mənimsəyir…
Ölkədə son bir neçə ildə xeyli sayda bank bağlanıb.
Məsələn, bir vaxtlar Heydər Babayevin bankı kimi tanınan “Standart Bank”, Ziya Məmmədovun bankı kimi tanınan “Bank of Azərbaycan”, Fazil Məmmədovun bankı kimi tanınan “AtaBank”, “Dəmirbank” və digər banklar.
Hələ digər bankların da bağlanacağı gözlənilir.
Çünki Elman Rüstəmovun “xidmətləri” sayəsində ölkəmizdə sağlam bank sistemi yoxdur.
Heç kimə sirr deyil ki, bizdəki özəl bankların çoxu məmurlara məxsusdur. Və bu bankların “hamisi” Elman Rüstəmovdur.
Bu gün bankların əhalidən aldığı ən yüksək faizlər, bahalı istehlak kreditləri sağlam bank sistemində ola bilməz.
Çox təəssüf ki, Elman Rüstəmovun rəhbər olduğu 30 ildə Azərbaycanda sağlam və rəqabətli bank sistemi, müasir bank idarəçiliyi yaranmadı.
Amma əvəzində Elman Rüstəmov 100 milyonlara sahib oldu.
Təsəvvür edirsiniz, Elman Rüstəmovun özünün şəxsi bankı var.
Bəli, “Bank Respublika”nın Elman Rüstəmova məxsus olması barədə yazılsa da baş bankir bunu təkzib etməyib.
Elman Rüstəmov təkcə bankçılıqla deyil, hətta toyuq məsələsinə də baxır.
Məsələn, “Səba Broyler”in Elman Rüstəmova məxsus olması barədə nə qədər deyilsə də baş bankirdən səs-səmir çıxmır.
Bəli, Elman Rüstəmov dövlətdən oğurladığı 100 milyonların hesabına Londonda, Kiprdə mülklərə, villalara, şirkətlərə sahib olub.
Elman Rüstəmovun qızının milyonluq avtomobil kolleksiyasından az qala dünya mediası bəhs edir.
Bütün bunlar azmış kimi, “Planet” şadlıq evi də Elman Rüstəmova məxsusdur.
Söhbət Mərkəzi Bankın sədri Elman Rüstəmova məxsus olduğu deyilən və qarşı tərəfin təkzib etmədiyi "Karvan-K” İstehsalat Kommersiya Şirkətindən gedir. “Planet” şadlıq evi də şirkətin balansındadır.
Ümumiyyətlə, Elman Rüstəmovun ölkədəki biznesini bibisi oğlu Talıb Quliyev idarə edir.
Talıb Quliyev təkcə “Planet” şadlıq evini idarə etmir, həm də Nizami rayonunda göydələn binalar tikir.
Talıb Quliyevin Nizami rayonunda yaşıllıqları məhv etməsindən, hətta ekologiya nazirliyinin əməkdaşlarını təhqir etməsindən kifayət qədər yazıldığı üçün təkrar etmirik.
Ən son xəbərlərdən biri odur ki, bir neçə ay əvvəl Talıb Quliyev Sabunçunun icra başçısı ilə razılaşaraq Ramanı qəsəbəsində 10 hektar torpaq sahəsini hasara alıb, hətta özünə villa da tikdirib.
Talıb da qohumu Elman kimi bahalı avtomobil kolleksiyasına sahibdir. Onun da övladları Almaniyada oxuyur, həyat yoldaşı da orada yaşayır.
Talıb isə Bakıda eyş-işrət məclislərində bir gündə 15-20 min dollar xərcləyir.
Amma ən biabırçı hal odur ki, Elman Rüstəmov səlahiyyətlərindən istifadə edərək, dövlət qurumlarına təzyiq edir, tenderlərin ona məxsus şirkətlər tərəfindən udulmasına şərait yaradır.
Məsələn, Elman Rüstəmovun şəriki və bibisi oğlu Talıb Quliyev tərəfindən idarə olunan “Karvan-K” firması “Azərsu” ASC-dən milyonlarla dəyəri olan layihələri tenderdə udub. Amma...
Əmması odur ki, Talıb Quliyev külli miqdarda dövlət vəsaitini mənimsəyərək “Azərsu”nu pis vəziyyətdə qoyub.
Belə ki, Talıb Quliyevin Biləsuvarda, Lənkəranda, Ağcabədidə çəkdiyi kanalizasiya xətlərinin heç biri normal fəaliyyət göstərmir. Çünki bütün boruların dərinlikdə olan ötürücüləri quraşdırılmayıb, dəyəri milyonlarla olan avadanlıqlar hesabdan “silinib”. Bütün kanalizasiya xətləri bərbad durumdadır. Və “Azərsu” rayon sakinləri qarşısında biabırçı vəziyyətdə qalıb.
Və “Azərsu” Talıbla, yəni “Karvan-K” şirkəti ilə müqaviləni pozub.
Beləcə, Elman Rüstəmov hirslənərək “Azərsu”ya qarşı məhkəmə iddiası qaldırıb.
Bəli, Karvan-K” İstehsalat Kommersiya Firması "Azərsu” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verərək dəyən ziyanın ödənilməsini tələb edir.
İddia hazırda Bakı Kommersiya Məhkəməsinin icraatındadır.
İndi gördünüzmü, Elman Rüstəmov təkcə bank sistemini deyil, digər dövlət qurumlarını da çıxılmaz vəziyyətə salıb.
Son məlumatlara görə, artıq yuxarılarda Elman Rüstəmovun dövlətə deyil, öz qohum-əqrəbəsinə xidmət etdiyi açıq-aydın görünür. Elman Rüstəmov qohumlarına həmişə deyir ki, kimə nə lazımdırsa gəlsin aparsın, amma mənim adımı hallandırmayın.
Ehtimala görə, yaxın zamanda Elman Rüstəmov vəzifəsilə vidalaşacaq. Və onu dövlətə, dövlətçiliyə çox sadiq və adı bizə bəlli olan şəxs əvəz edəcək. /Gundelik-baku.com/
Elman Rüstəmov gedir... - Elman Rüstəmovun “Səba Broyler”i, “Bank Respublika”sı, “Planet”i…
24
yanvar
14:27
Qarabağ
KOMMENTLƏR
Ölkədəki banklar müflis olur… - Elman Rüstəmovun “Bank Respublikası” isə çiçəklənir…
1991-ci ildə Moskvadan Bakıya nə göndərirdin, Elman Rüstəmov ?- Biznesmenlər baş bankirə nə üçün mənzil hədiyyə edirlər ?
Elman Rüstəmov qudası ilə eyni vəzifəni daşıyacaq
Elman Rüstəmov kollektivlə vidalaşıb, Mərkəzi Bankı tərk etdi
Elman Rüstəmova yeni VƏZİFƏ VERİLDİ
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı