Milyonçu Yaqub Hüseynov başqasının torpaqlarını ələ keçirəndə guya bilmirdi…

Torpaq mafiyasında adı keçənlər: Ağdamın hazırkı icra başçısı Vaqif Hüseynov, bələdiyyə sədri, Reestr Xidmətinin nümayəndəsi və s…  



Şəxsi mülkiyyətin  toxunulmaz, hətta müqəddəs olması barədə uzun-uzadı yazıb, oxucunu yormadan, “fəlsəfə xırdalamadan” konkret mövzuya keçmək istəyirik. 
Yeri  gəlmişkən, müdriklərdən biri deyir ki, başqa bir ölkəyə gedəndə həmin ölkədə yaxşı qanunların olması ilə deyil, QANUNLARIN  İŞLƏMƏSİ  ilə maraqlanıram. 
Doğrudan da, qanunlar kağız üzərində qalanda, qanunlar işləməyəndə FƏLAKƏT baş verir. 
Təsəvvür  edirsiniz, vətəndaşın əlində ÇIXARIŞ (kupça), daşdan keçən sənədlər və…
Kimlərsə vətəndaşın mülkiyyətini  başqa birinə satıb.
Ən dəhşətlisi odur ki, bu işdə dövlət qurumları iştirak edib. Hətta vətəndaşın ÖLÜM KAĞIZINI da düzəldiblər. Guya vətəndaş ÖLÜB. 
Vətəndaş isə gedib Baş Prokurorluğun qarşısında şüar qaldırıb ki, MƏN ÖLMƏMİŞƏM, MƏN DİRİYƏM, CƏNAB PREZİDENT…
Belə vətəndaş da bir-iki deyil, onlarladır. 
Bəli, söhbət  “Türkan torpaq mafiyası” deyilən cinayətkar dəstənin əməllərindən gedir.  
Və əvvəlcə bəlli olur ki, bu işlərin başında məşhur sənətkar, sabiq millət vəkili Zeynəb Xanlarovanın bacısı oğlu  Daşqın Nəsirov dayanır. 
Məgər adam Zeynəb Xanlarovanın bacısı oğlu olanda bu boyda cinayət əməlinə yol verər?
Hələ bu harasıdır ?
Bəlli olub ki, qanuni torpaq sahiblərinin ölümü ilə bağlı sənədi Xəzər RİH  başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Hacı Rahil Babayev verib. 
İndi təsəvvürünüzə gətirin ki,  dövlət məmuru vətəndaşı “öldürüb”, hələ cinayətkar dəstəyə bu barədə rəsmi sənəd də verib. 
Sonra bəlli olub ki, cinayətkar dəstə  bu torpaqları milyonçu  Yaqub Hüseynova satıb. 
Yaqub Hüseynov məsələsini saxlayaq keçək  dövlət qurumlarına. 
Yaxşı  cinayətkar dəstə  başqasının torpağını alqı-satqı   edəndə Əmlak Məsələləri Dövlət Komitəsinin Reestr Xidmətinin  1 saylı Bakı Ərazi İdarəsinin rəisi Zəfər Abdulov, onun müavini  Eldar Mirzəyev hara baxırdı ? 
Deməli cinayətkar dəstəinin başında  dövlət məmurları dayanır. 
Bəs  bələdiyyə sədri  Mehman  Ağayev hara baxırdı..? 
Bəs, Xəzər RİH-nin o zamankı 1-ci müavini , hazırda  Ağdam RİH-nin başçısı işləyən Vaqif Həsənov niyə “gözünü yummuşdu”..? 
Hətta  Vaqif Həsənov  Türkan qəsəbə sakini Ağasadıq Vəlibəyovun bağ torpaq sahəsini saxta sənədlərlə ölkədə tanınan iş adamları olan  Bibiqulu və Bahadır Qasımov  qardaşlarına satıb. 
İndi gördünüzmü, mütəşəkkil cinayətkar dəstədən söhbət gedir. 
Görəsən, Türkandakı torpaqlara bu qədər marağın kökündə nə dayanır ? 
Türkan qəsəbəsinin “Türkan bulvarı”  adlanan hissəsində torpaq sahələrinin imkanlı iş adamlarını maqnit kimi çəkməsinin səbəbi ərazinin Xəzər sahilində olması və bilavasitə ləpədöyənə dirənməsindən qaynaqlanır. Ərazidə restoran və istirahət mərkəzinin, otellərin tikilməsi üçün ideal şərait var.
Bəli, bu ərazidəki  torpaqlara iş adamları istənilən məbləği verməyə hazırdırlar. 
Belə iş adamlarından biri də yuxarıda qeyd etdiyimiz milyonçu Yaqub Hüseynovdur. 
Kimdir, bu adam ? 
Yalandan “ölmüş” adamların torpağını alan Yaqub Hüseynov nəçidir ?
Yaqub Hüseynov çoxsaylı obyektlərin, "Bridge Plaza"nın sahibidir.
Yaqub  Hüseynov  hələ Allah qoymasa, “Sabah”  futbol klubunun  da sahibidir. 
Yeri gəlmişkən, bu cinayət işində  Yaqub  Hüseynovun qardaşı  Rauf  Hüseynovun da adı  keçir.
Onu da qeyd edək ki,  Azərbaycan Premyer Liqasında oynayan  “Sabah” futbol klubunu  Yaqub  Hüseynov və müəyyən qədər AFFA maliyyələşdirir.
Yaqub Hüseynov eyni zamanda “Global Interiors Group” şirkətinin təsisçisidir. 
Sözün qısası, uzun istintaq prosesindən sonra bütün bu cinayət əməlləri ilə bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb, ardından iş materialları Bakı Şəhər Prokurorluğuna göndərilib. İstintaq zamanı cinayətin qrup şəklində törədilməsinə görə, iş  Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı İdarəsinə göndərilib.
Və  hazırda vətəndaşlara məxsus torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla ələ keçirilməsi faktına görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 320.2 (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Deməli, bu dəstə hətta dövlət blanklarını, möhürləri də saxtalaşdırıblar. 
Yaxşı, ortada nə nəticə var. 
Cinayətin başında duran  Daşqın Nəsirov ( Zeynəb Xanlarovanın bacısı oğlu ) həbs olunsa da sonradan səhhətinə görə azadlığa buraxıldı və sonradan yenidən məsuliyyətə cəlb edildi. 
Bu nə hüquq sistemidir ?
Yazının girişində əbəs yerə yazmadıq ki, qanunların işləmədəyi yer fəlakət məkanıdır. 
İndi qanuni torpaqları satılan təqaüdçü qoca  qarılar neçə il gözləməlidir, cənablar ?
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/скачать dle 12.1