Ağstafanın icra başçısı Seymur Orucovun “Meqa”sı
Deyəsən Seymur da gedir Nizaməddinin yanına…
Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev korrupsiya əməllərinə görə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs olunanda sakinlər düşünürdü ki, nəhayət rayona bir əməli-saleh icra başçısı gələr. Amma yazıq camaat nə biləydiki korrupsiya aparatı köhnəlmiş Nizaməddin gedib və yerinə cavan və təzəcə korrupsiyanı öyrənən, həm də iştahası güclü olan Seymur Orucov gəlir.
Hələ üstəlik təzə icra başçısı “Narxoz”un sabiq rektoru Şəmsəddin Hacıyevin kürəkəni, millət vəkili, “Həmkarlar”ın sahibi Səttar Möhbalıyevin bacısı oğludur. Yəni hərtərəfli “zaşitası” var.
Hələ Allah qoymasa, vəzifəyə islahatçı gənc kimi gəlib.
Məlumat üçün onu da qeyd edək ki, Seymur Orucov partanın arxasından duran kimi qaynatasının hesabına “Narxoz”da prorektor olub. Həmin vaxt Seymur Orucovun həyat yoldaşı Çeşmi xanım Hacıyeva isə “Narxoz”da dekan idi.
Təsəvvür edin də, qaynata rektor, yeznə prorektor, yoldaşı isə dekan…
Biz axı deyirik, Azərbaycanda “Korrupsiyaya qarşı Mübarizə haqqında” Qanun var, dostlar?
Yaxşı, bunlar keçmişdə qalıb, yıxaq keçid-meçid dövrünün boynuna.
Bəs bu gün baş verənlərə nə deyirsiniz..?
Ağstafanın təzə icra başçısı heç də sələfindən az qazanmır.
Bəli, icra başçısının korrupsiya aparatı olan “Səma MM” şirkətini Maliyyə Nazirliyi yoxlayanda bəlli olub ki, xeyli şişirtmə, mənimsəmə halları olub.
Seymur Orucov çatma qaşlarını düyərək fikirləşib və təzə “Meqa İnşaat” yaradıb.
Və rayonda abadlıq və quruculuq işləri üçün dövlətin ayırdığı bütün vəsaiti verib “Meqa”ya…
Təsəvvür edin bağçaların təmirinə görə, “Meqa”ya YARIM MİLYON pul köçürülüb.
Cənablar, yuxarıda qeyd etdik ki, sizlər “Korrupsiya haqqında qanunu” vecinizə alımırsınız. Bunu da yazdıq keçid dövrünün boynuna.
Bəs, “Satınalmalar haqqında” qanunu niyə pozursunuz ?
Axı, tenderdə iştirak etmək üçün şirkətin bir neçə illik təcrübəsi olmalıdır. Biz hələ əlavə şərtləri demirik.
Bağçadan söhbət düşmüşkən, icra başçısının xanımı Çeşminin Maştağada özəl uşaq bağçası var idi. Özü də bağçaya 350 min dollar dəyərində avto ilə gedib-gəlirdi.
Sonradan Çeşmi xanım Dillər Universitetinin rektoru Kamal Abdullanın müşaviri oldu.
Həə, onu da qeyd edək ki, Çeşmi xanımın pomidor yetişdirəm istixanası- “parniki” də var. Olsun.
Bəs Çeşmi xanım Azəriqaza olan 150 min borcunu niyə ödəmir ?
Bəlkə, dədəsi Şəmsəddin müəllimin qaz yataqları var ?
Biz sözlə, bunları başa salan yoxdur ki, taladığınız 100 milyonlarla pul-vəsaiti babanızın deyil e, Azərbaycan DÖVLƏTİNİNDİR…
Deyəsən, Seymur da gedir, Nizaməddinin yanına…
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/
Nizaməddin Quliyev getdi, Seymur Orucov gəldi, amma…. Rektorun kürəkəni, deputatın bacısı oğlu olan icra başçısı etimadı doğrultmadı….
08
fevral
18:19
Qarabağ
KOMMENTLƏR
Təzə icra başçısı Seymur Orucov Ağstafanı “qaşıyır”- Deyəsən Seymur Orucovu da həbs olunan Nizaməddin Quliyevin aqibəti gözləyir.
Parta arxasından təzəcə duran Çeşmi xanım necə dekan oldu ?- 25 yaşında prorektor, 34 yaşında icra başçısı olan Seymur Orucov...
Ağstafanın icra başçısı Seymur Orucovun qaynanası AMEA-da Ramiz Mehdiyevin “sağ əli”dir...- SENSASİON FAKTLAR
Seymur Orucov Bakıda oturub Ağstafanı mobil telefonla idarə edir…- Seymur Orucovun “ailə biznesi”…
Ağstafada KÖHNƏ HAMAM, TƏZƏ TAS və təzə icra başçısı Seymur Orucov...- Seymur Orucov 25 yaşında qaynatasının NARXOZ-unda necə prorektor olub?
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı