Korrupsioner  generallardan yazmaq Orduya kölgə salmaq deyil, əksinə...


Ordu və hərbçi generallarla  bağlı yazanda bəzən deyirlər ki, hərbi uğurlarımıza  kölgə salmayaq. 
Biz  Gündəlik-Bakı olaraq nəinki 44 günlük Zəfər savaşında qazandığımız uğurlara kölgə salmırıq, əksinə Orudumuzun daha şücaətli, daha qüdrətli olması üçün əlimizdən gələni etməyə hazırıq. 
Çünki Ordu ilə bağlı məxfiliyi gözləmək şərti ilə neqativ halları dövlət rəhbərliyinin nəzərinə çatdlırmaq lazımdır ki, lazımi tədbirlər görülsün. 
Kimin buna zərrə qədər şübhəsi varsa, sabiq Qəragah rəisi Nəcməddin Sadıkovla bağlı  4-5 cümləlik  xəbərə nəzər salsın. 
Deməli, Respublika Hərbi Prokurorluğunun sabiq Xüsusilə Mühüm İşlər üzrə böyük müstəntiqi yazır ki, I Qarabağ Müharibəsi zamanı 1993-cü il dekabrın 30-dan 31-nə keçən gecə Ağcabədi istiqamətində keçirilməsi planlaşdırılan, lakin 1 gün gecikmə ilə baş tutan və uğursuzluqla nəticələnən “Çeildağ” əməliyyatı nəticəsində 82 nəfər hərbçimiz tələyə salınaraq öldürüldü. Həmin vaxt Silahlı Qüvvələrin Baş Qərargah rəisi olan Nəcməddin Sadıkovun əmri ilə əməliyyat bir gün təxirə salınıb. 
Müstəntiq yazır ki, Nəcməddin Sadıkova qarşı dövlətə xəyanət ittihamı ilə iş qaldırdım, nəticədə  işdən azad olundum və həbs edildim. 
Bu qısa girişi nə üçün yazdıq..? 
Əgər  zamanında hansısa bir media qurumu Nəcməddin Sadıkovun bu əməlini işıqlandırmağa özündə cəsarət tapsaydı....ardını özünüz fikirləşin....
Yəni Ordu ilə bağlı yazmaq kölgə salmaq deyil. Əksinə Nəcməddin kimiləri zamanında ifşa etməkdir. 
Kim qarantiya verir ki, bu gün Ordumuzda yeni Nəcməddinlər yoxdur, yaxud yetişmir...
Bəs Nizam Osmanov nədir, kimdir ? 
İndi  əsas mövzuya keçə bilərik. 
Belə ki, xeyli müddətdir Gündəlik-Bakı olaraq Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-leytenant  Nizam Osmanov və Nəcməddin Sadıkovun  çevrəsində  olan digər generalların korrupsiya  əməlləri barədə yazırıq. 
Bəli, məhz Nəcməddin Sadıkovun çevrəsi...
Bu generallar o dərəcədə hədlərini aşıblar, daha dəqiq desək, o qədər harınlayıblar ki, özləri üçün ayrıca qəbristanlıq, ayrıca şəhərcik salıblar. 
Bəli, Səbail rayonunun Badamdar qəsəbəsini  hərbçilər öz aralarında  “Generallar şəhərciyi” adlandırır..
Görəsən,  bu qəsəbənin  generallarımızla  nə əlaqəsi var ? 
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-polkovnik  Nəcməddin  Sadıkovun  bu qəsəbədə 50 milyon dəyəri olan  möhtəşəm villası var. 
Bu azmış kimi,  cənab Sadıkovun bacısı oğlunun  eyni məkanda 10 milyonluq  villası ucalır. 
Cənab generallar hətta  bahalı torpaq alveri ilə də məşğul olurlar. 
Belə ki,  bu generallar  Artilleriya hərbi hissəsinin  ərazisini   özəlləşdirərək  sataraq milyonlar qazanıb. 
Şəhərciyin sakini olan general  Elçin Xəlilov  nazirlikdə  Kadrlar  idarəsinin rəisidir və  Nəciməddin Sadıkovun bacısı oğlunun kirvəsidir. 
Elçin Sadıqovun qardaşını  isə bizim bildiyimiz bir problemə görə, ordudan qovublar, indi  Sərhəd qoşunlarında işə  düzəlib. Onun da  şəhərcikdə  10 milyonluq villası var. 
General Nizami  Məmmədov isə MN-də Maliyyə idarəsinin rəisidir, onun da Badamdarda  10 milyonluq villası var.  
Yazının əvvəlində qeyd etdiyimiz  Nizam Osmanovun da  villasının dəyəri milyonlarla ölçülür. 
Nizam Osmanov  barəsində ötən yazımızda geniş bəhs etdiyimiz üçün  onu qeyd edə bilərik ki, onun 3-cü mikrorayon  bazarının yaxınlığında  özəl kafesi var.  
Və bütün sövdələşmələr  həmin kafedə baş tutur. 
Kafe həm də  yüngül əxlaqlı qadınların görüş yeridir. 
Cənab Osmanov həm də  hərbçilər üçün nəzərdə tutulan mənzil təminatını özü üçün şəxsi biznesə çevirib. Ordudan qovulan şəxslərə mənzil hədiyyə edir, başqa hərbçilər isə illərlə mənzil gözləyir. 
Cənab Osmanov, səndən soruşuruq ki, Azərbaycandakı keçmiş sovet hərbi bazalarının ərazisi kimlərə satılıb ? Həmin ərazilərdəki villalar kimlərə məxsusdur?
P.S. Yeri gəlmişkən, Mərkəzi Ordu İdman Klubunun yerinin Cahangir Hacıyevə  neçəyə  satmısınız, Osmanov ? Nəcməddin Sadıqov, Hikmət Həsənov, Məhərrəm Həsənov, Fuad Ağayevin həbsinin təfərrüatları növbəti yazımızda.
Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq./Gundelik-baku.com/

скачать dle 12.1