Az qala  bir ildir BAŞSIZ  qalan “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə bağlı vətəndaşın müraciətini araşdırarkən, qurumun saytına daxil olduq. 
Və  BAŞI olmayan qurumun müavinlərinin uzun siyahısına baxdıq:
Teyyub Cabbarov
Sədrin birinci müavini
Köçərli Həsənov
Sədr müavini
Seymur Seyidov
Sədr müavini
İlqar Tağıyev
Sədr müavini
Birincisi, ondan başlayaq ki, bu qədər  müavin nə deməkdir..? 
Cənablar, başa düşürsünüzmü,  bu qədər müavin yüksək əmək haqqı,  kabinet, katibə, sürücü, köməkçi və s deməkdir. 
Anladınızmı, bu boyda dövlət vəsaitini xərcləmək nəyə lazımdır ? 
Axı,  bu boyda  xərclər sonda  SUYUN QİYMƏTİNİN üstünə gəlir. 
Azərbaycan vətəndaşı  70 illik sovet dönəmində suya görə, qəpik-quruş  ödəyirdi, hətta müstəqillik dönəmində də  4-5 manatla ayı başa vururdu. 
Son illər nə baş verdi ki,  vətəndaş hər ay  80 manat, hətta 100-120  manat suya pul ödəməli olur. 
Cənablar, vətəndaş  sudan kommersiya məqsədilə istifadə etmir, çay satmır, yaxud  özəl hamam işlətmir, “moyka”sı yoxdur ee….evində çay içir, əl-üz yuyur…
Bu boyda pul haradan gələ bilər ? 
İcazə verin  Gündəlik-Bakı sizə desin…
Bəli, Azərsu   bahalı  restoranlarla, şadlıq evləri ilə danışıb onların su sərfiyyatını 100  dəfə az yazır və….milyonlar mənimsəyir və…su itkisini sıravi  vətəndaşların  hesabına yazır və…suyun qiyməti  qalxır ceyran belinə…
Başa düşdünüzmü…?
Bütün sferalar belədir. 
Məsələn, həbsdə olan nazirin Azəriqaza 200 min borcu var. “Narxoz”un rektorunun qızının  150 min qaz borcu  var,  deputatın  180 min qaz borcu var…
Bunları həll etmək üçün  bütün bu pullar yüklənir, sıravi vətəndaşların boynuna. Bildinizmi…
Yaxud   3 ay əvvəl  Azərsuda işə düzələn və köhnə Jiquli ilə işə gələn əməkdaş  3-4 ay sonra Mercedesi  necə alır?
İqtisadi möcüzə baş verdi ?
Hamısı çirkli pullardır…
Məlumat üçün  onu bildirək ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü il tarixli Sərəncamı ilə yaradılıb. "Azərsu" ASC suyun mənbələrdən götürülməsi, emalı, nəqli, anbarlanması və paylanmasını təşkil edir, istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edir və onlara kanalizasiya xidmətləri göstərir, tullantı suların toplanması, nəqli, emalı və kənarlaşdırılmasını həyata keçirir. Səhmdar Cəmiyyət içməli və tullantı su sistemlərinin layihələndirilməsi, inşası, istismarı və onlara texniki xidmətlərin göstərilməsini təmin edir.
“Azərsu” ASC  ölkə üzrə  1675847 abunəçiyə su təchizatı və kanalizasiya xidmətləri göstərir. Bunların 1610966-sı əhali, 64881-i isə qeyri-əhali abunəçiləridir. 
Cəmiyyətin balansında 21000 km uzunluğunda su, 5000 km uzunluğunda kanalizasiya və yağış suları xətləri vardır.
01 dekabr 2021-сi il tarixə "Azərsu" ASC üzrə işçi sayı 13912 nəfərdir.
Tağı Əhmədovun  metroda  turniket əməliyyatını Azərbaycan cəmiyyəti əla bilir. 4 jitondan  1-i…
Kim qarantiya verir ki, eyni əməli  Azərsu  etmir…
Bəli, 1 milyon 610 min 966  istifadəçiyə ayda  3-4 manat  atsan….bu yüz milyonlar deməkdir…
Sonda Azərsu ilə bağlı  daha ciddi məlumata nəzər salaq. 
Azərsu-nun əhaliyə verdiyi suyun keyfiyyəti ilə bağlı az-çox bir ekspert komissiyası olsa, vallah, çox üzr istəyirik, dəhşətli hadisələr baş verər…
Çünki  bu keyfiyyətdə suyu  insana  verməzlər. Bu texniki sudan da aşağı  sudur. Bu əslində içməli su deyil…
Əgər bu normal sudursa, niyə, bütün binaların qarşısında böyük su filtləri quraşdırılıb, 1 litri isə 95 benzinin qiymətinə satılır. Burada filtirdən keçirilmiş suyun satışı ilə məşğul olub milyonlar qazanılır. 
Sözün qısası,  Azərsu  vətəndaşların hüquqlarını hər mənada  pozur. 
Deməli,  rəhbərlikdə olan şəxslərin həbsi qaçılmazdır, o cümlədən, Köçərli müəllim…
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardı var... /Gundelik-baku.com/скачать dle 12.1