Bütün dövlət qurumları son 1 ildə öz işlərində az-çox müsbət dəyişiklik etməyə çalışırlar. Və qismən buna nail olurlar. Amma rəsmi adı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, el arasaında qısaca adı Qaçqınkom olan qurum elə bil fil qulağında yatıb. Bu qurumun sədri Əli Həsənov təqaüdə çıxdı, yerinə Rövşən Rzayev təyin olundu, amma rəhmətlik Mirzə Cəlil demişkən, “Haman göl, haman qurbağa“.
Vallah bizim Rövşən Rzayev və onun komandası ilə heç bir qərəzimiz yoxdur. Və anlayırıq ki, bu qurumun məşğul olduğu qaçqın kontingenti narazı, yerindən-yurdundan qovulmuş, malını-mülkünü itirmiş, əsiri-girovu-şəhidi olan kəsimdir. Biz bunu anlayırıq ki, məsələ elə də rahat deyil.
Bunu dəfələrlə Qaçqınkomun da rəhbərliyi deyib ki, qaçqın problemi çox ağır məsələdir, biz çalışırıq ki, qaçqınlara problemlərinə yaxınlaşaq, kömək edək.
Cənab sədr !
Adam ARXA-sını nəyəsə, kiməsə çevirib ona necə yaxınlaşa bilər ?
Bir ÜZÜ-nü qaçqınlara sarı çevir ki, yazıq qaçqın və məcburi köçkünlər də görsün ki, problemlərini heç olmasa görən var. Adam ARXA-sı ilə necə görə bilər ?
Cənab Sədr !
Bircə dəfə komitənin həyətində toplaşan şikayətçilərin yanına düş, dərdlərini dinlə. Axı, Kollegiyanın üzvü Sənan müəllim, Eldar müəllim, Səbuhi müəllim və başqaları yaşlı məcburi köçkün şikayətçiyə əllərinin DAL-ı ilə cavab verirlər.
Cənab sədr !
Neçə ildir Qaçqınkomun rəhbər heyəti qaçqınlar üçün dövlətin vəsaiti hesabına tikilən mənzilləri sata-sata milyonçuya çevriliblər, hərəsi özünə bahalı maşın,bahalı villa,bahalı geyim,bahalı telefon və 10 min manatlıq 211 nömrə alıblar. Bunu xalq gözəl görür.
Abşeron rayonunda qaçqınlar üçün salınan QARANT yaşayış massivində nələr baş verir, cənab sədr ? Xəbərin yoxdur ?
Məcburi köçkünlər şəhərciyə çıxmağa qorxurlar. Ordan qəribə qoxular gəlir...
Hələ məcburi köçkünlər üçün tikilən şəhərcikdəki ticarət obyektləri qaçqın olmayan şəxslərə neçəyə satılır, kimlər bunun hesabına yüz minlər, milyonlar qazanır...
Cənab Rövşən Rzayev !
Bircə dəfə yolunu Abşerondakı REAL mağazalar şəbəkəsinə sal. Təsəvvür edirsən minlərlə məcburi köçkün ailəsinin su ilə təchiz edən hovuzun üstündə market tikilib. Bəlkə su götürmək istəyən qaçqın hovuza düşdü, bəlkə uşaq yıxıldı hovuza və s. Onu necə xilas etmək olar. Məgər o boyda Abşeronda market tikməyə yer tapılmadı ?
Cənab Sədr !
Problemlər çoxdur.
Siz arxanızı deyil, üzünüzü çevirin problemlərə, onda hər şeyi aydın görəcəksiniz.
''Gündəlik Bakı''nın ARAŞDIRMA QRUPU(gundelik-baku.com)
ARXA-nı yox, ÜZ-ünü problemlərə çevir, Rövşən Rzayev
10
sentyabr
17:22
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı