“Xaliq Faiqoğlu” şirkət 2002-ci ildə fiziki şəxs kimi Rusiya istehsalı olan az sayda Qazel markalı mikroavtobusla 65 saylı xətt üzrə xidmət göstərməyə başlamışdır;
Sonra 2004-cü ildə “Xaliq Faiqoğlu” MMC təsisi edilmiş və 50 ədəd xırdatutumlu Mercedes Benz markalı mikroavtobuslar 18 və 65 saylı marşrut xəttləri üzrə istismara verilmişdir;
2006-2007-ci illərdə iritutumlu 25 ədəd İveco Eurociti markalı avtobuslar 65 saylı marşrutda istismara buraxılmış əlavə 79 saylı marşrut xətti istifadəyə verilmişdi;
Sonrakı illərdə Türkiyə, Koreya istehsalı olan avtobusar istismara buraxılmışdır.
Yəni şirkətin tarixçəsi haqqında bu qədər.
Mediada ən çox “Xaliq Faiqoğlu” MMC-nin faktiki sahibi Faiq Seyidovun oğlu Xaliq Seyidovun 2014-ci ildə Bakıda qəza törədərək qarşısına çıxan piyadanı vurub öldürməsi hallanır.
Sözün düzü, xeyli məmurun övladı adam öldürüb və cəzadan canını qurtarıb.
Xəzər Dəniz Gəmiçiliyinin keçmiş rəisinin oğlu, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rəis müavini general Novruzəli Orucovun oğlu, Qaçqınkomun keçmiş sədri Əli Həsənovun nəvəsi...daha kimləri deyək..adam öldürüb və guya öz əcəli ilə ölməsi barədə sənəd düzəldərək cinayəti ört-basdır ediblər.
Xaliq Faiqoğlunun da adı belə cinayətlərdə keçir.
Xaliq Faiqoğlunun adı keçmiş şəriki Azadxan Xanməmmədovun həbs olunması məsələsində də keçir. Bu barədə media çox yazıb.
Xaliq Faiqoğlunun şəhid ailələrinin adına olan marşrut xətlərinin özününküləşdirməsində də çox hallanıb.
Son vaxtlar Xaliq Faiqoğlunun adı daha çox AMEA-nın prezidenti, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı hallanır. Əlbəttə, bu məsələdə qarşı tərəfin də fikri maraqlı olar. Amma bizi bir sual maraqlandırır:
Ramiz Mehdiyevin “oxrana”sının rəisi Təhməz bütün günü “Faiq Xaliqoğlu” şirkətinin ofisinin qabağında nə edir ?
''GÜNDƏLİK BAKI''nın ARAŞDIRMA QRUPU(gundelik-baku.com)
Ramiz Mehdiyevin “oxrana”sının rəisi Təhməz “Xaliq Faiqoğlu” şirkətinin ofisinin qabağında nə edir ?
22
sentyabr
14:28
Qarabağ
KOMMENTLƏR
“Xaliq Faiqoğlu” şirkətinə məxsus avtobusun sürücüsü qrip ola-ola sərnişin daşıyır - TƏHLÜKƏ
Oğlum “Xaliq Faiqoğlu”nun qarajında faciəli şəkildə ölüb, maraqlanmırlar”
Bakı və Sumqayıtda avtobus piyadaları vurub öldürdü
Ağır qəza ilə əlaqədar Binə qəsəbəsinə gedən yol bağlanıb
160 saylı marşrut Ziya Məmmədovun qohumundan alındı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı