"Lukaşenkosevərlərin yazırlar ki, o getsə Belarus batacaq, Liviyanın gününə düşəcək. Belələri fikirlərini onunla əsaslandırırlar ki, Aleksandr həmişə xalqın qayğısını çəkib, azad biznesə şərait yaradıb, özü də rüşvətxor olmayıb".
Bunu iqtisadçı-alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu bildirib.
Q.İbadoğlu, həmçinin bu fikirləri təhlil edib:
"Əvvala, rüşvət almamaq, xüsusilə də prezidentlər üçün üstünlük deyil. Əslində, rüşvətsiz yaşamaq, korrupsiya qurşanmamaq hər kəsin borcu, prezidentlərin də bir nömrəli vəzifəsidir. Digər tərəfdən də Lukaşenkonun korrupsioner olmadığını iddia etmək çox çətindir. Adətən, belələri barədə korrupsiya faktları hakimiyyətdən gedəndən sonra aşkara çıxır və təsdiqini tapır.
İkincisi, Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, Belarus iqtisadiyyatı bu il özünün son 25 ildə ən böyük tənəzzülünü yaşayacaq. Onsuz da pandemiya ilə əlaqədar olaraq Belarusda istehsal olunan məhsulların ixracatına əsas ticarət tərəfdaşları olan Avropa Birliyi və Rusiyanın tələbatı azalır, yəni hakimiyyət dəyişikliyindən asılı olmayaraq, onsuz da iqtisadiyyat böhrana girir.
Üçüncüsü, Belarus post-sovet məkanında bazar iqtisadiyyatına keçid göstəricilərinin aşağı olmasına görə Türkmənistanla sonuncu yerləri bölüşürlər. Bu, o deməkdir ki, ölkə hələ də köhnə inzibati-amirlik iqtisadiyyatı ilə inkişaf edir və mülkiyyətə nəzarət, əsasən, dövlətə məxsusdur. Bu isə sonsuz ola bilməz, SSRİ-nin aqibəti hər kəsə məlumdur.
Dördüncüsü, Belarus Avropaya inteqrasiya və qərbləşmə indeksində bölgədə Azərbaycanla bərabər sonuncu yerləri bölüşür. İqtisadi modernləşmə isə Qərbin texnologiyaları olmadan mümkün deyildir.
Nəhayət, bu ölkə mülki hüquqlar və siyasi azadlıqlara görə Azərbaycana nisbətən yaxşı mövqedə olsa da uzun illərdir ki, "Fredom House" təşkilatının təsnifatında azad ölmayan dövlətlər qrupundadır".
"Yekun olaraq demək istərdim ki, Belarusun islahat və transformasiya potensialı yüksəkdir, heç şübhəsiz ki, ölkə keçid dövründə çətinliklərlə qarşılacaq, amma tezliklə Şərqi Avropa səviyyəsinə qədər inkişaf edə biləcək, bu gün meydanda olanlar da sabah indiki ilə müqayisədə daha azad və firavan həyat sürəcək", - deyə iqtisadçı-alim vurğulayıb.
"Lukaşenkonun korrupsioner olmadığını iddia etmək çox çətindir"
18
avqust
12:01
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı